“Kurtlar Vadisi Vatan” filmi oktyabrın 5-dən etibarən Azərbaycanda nümayiş olunacaq.
Bu barədə Nizami Kino Mərkəzinin rəsmi facebook səhifəsində məlumat verilib.
Baş rolda Necati Şaşmazın oynadığı film Bakıda “Flame Towers Park Cinema”, “Metropark Cinema”, “Nizami” Kino Mərkəzi, “Park Bulvar”, “Zaqulba Park Cinema” və “Zirə Cinema”da nümayiş olunacaq.