SSRİ xalq artisti, tanınmış müğənni Zurab Sotkilava 80 yaşında dünyasını dəyişib.
“Əməliyyatdan sonra Z.Sotkilava özünü yaxşı hiss edirdi, ümid edirdik ki, hər şey yaxşı olacaq. Təəssüf ki, belə olmadı. Bu gün səhər saatlarında o, dünyasını dəyişdi”, - deyə ailəyə yaxın olan mənbə bildirib.
Xalq artisti uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.(oxu.az)