"23 restoranım var idi, hamısını hədiyyə etdim" Tanımadığınız Tahir Əmiraslanov

Mədəniyyət 17:59 28.11.2017

Publika.az-ın qonağı Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovdur.

 

- Tahir müəllim, bir xalq olaraq, necə xarakteristika verərdiniz bizə?

- Sovet dövründə Ermənistana, Gürcüstana gedərdin, mağazaların üzərindəki yazıları oxuya bilməzdin. Çünki ana dillərində, öz əlifbaları ilə yazardılar. Ancaq Azərbaycanda əsas danışıq dili rusca idi. Ümumiyyətlə çox istedadlı xalqıq. Başqa millətlərin dilini, mədəniyyətini tez qavrayırıq. Özü də onlardan da yaxşı. Ona görə də yeni yaradıcılıq ideyaları, fikirlər bizdə daha tez öz əksini tapır. Ərəblə ərəbcə, ingilislə ingilislə danışırıq. Heç baxın-görün, digər xalqların folklorunda “qarğa qaz yerişi öyrənmək istədi, öz yerişini də unutdu” misalı varmı? Amma bir şey də deyim ki, kimin nağılları, atalar sözləri ilə böyümüsünüzsə, o millətə aidsiniz. Məsələn, mən 70-ci illərin sonları Leninqradda oxuyurdum. Hər axşam diskotekaya gedirdim, orada Azərbaycan musiqisi səslənmirdi. Nə olsun ki, indi milli musiqimizin vurğunuyam.

- Qalıb yaşaya bilərdinizmi orada?

- Ümumiyyətlə xarici ölkədə yaşamaq üçün insan çox güclü psixoloji struktura malik olmalıdır. Mən özümü o qədər də güclü saymıram. Dəfələrlə təkliflər gəlib. Özü də elə təkliflər ki, adamın ağlına gəlməz. Amma vətəndən uzaq qala bilmərəm.

- Elə düşünməyin ki, yaşlı olduğunuza ehyam vururam, bəlkə bir az gənc olsaydınız, gedərdiniz?

- Yox, yox elə gəncliyimdən, universiteti bitirdiyim ildən alıram bu təklifləri. Mən istədiyimi əldə edə bilən, qalib gəlməyi bacaran insanam. 1985-ci ildə atam rəhmətə getdi, mən Gəncəyə qayıtdım. İnstitutda müəllim kimi çalışırdım, texnoloq işləyirdim. Aldığım kiçik maaşla ailəmi dolandırırdım. Təsəvvür edin ki, xörəyə kartofu sayla salırdıq. Amma cəmi iki ildən sonra artıq 23 restoranım var idi. 1989-cu ilin dekabrında isə hamısını hədiyyə verib, çıxdım.

- Niyə axı?

- Çünki mənə pul lazım olanda qazanmağı bacarıram.

- Tahir müəllim, gəlin, sizinlə treyninqlər təşkil edək , mövzu da “Gənclər necə varlana bilər” olsun.

- Bilirsiniz, mənim tələbələrim çoxdur. Onlara bir neçə metodika öyrədirəm.

- O sirləri bizimlə də bölüşün, lütfən.

- İlk sualım bu olur: İnək görmüsünüz? Qulaqları öndədir yoxsa boynuzu? Baxın bu görməklə baxmağın əsas fərqidir. İnsan öncə görməyi örənməlidir. Uğura gedən yol da buradan başlayır. Məsələn, avtomobilin ön şüşəsi var. Böyük bir daş götürüb, o şüşəni sındırmağa çalışsanız, özünüz də əziyyət çəkəcəksiniz, şüşə də çətinliklə sınacaq. Amma o şüşədə bircə dənə nöqtə var, iynənin ucunu ora batırsanız, şüşə un kimi ələnib töküləcək. Həyatda əsas da budur. Həmin nöqtəni tapmaq. Mən bugünədək 1 dəqiqə də olsun, darıxmağa vaxt tapmamışam. Çünki zamanımı doğru xərcləyə bilirəm.

- Sizcə bu xərçəng bəlası niyə günbəgün artır, Tahir müəllim? Qidanın rolu varmı?

- Bu haqda çox danışılıb, deyilib. Mən bir şey əlavə etmək istəyirəm. Öncə ruhu sağaltmaq lazımdır. Çünki sağlam ruhun varsa, bədənin də sağlam olacaq. Sağlam bədəndə isə hər zaman ruh sağlam olmur. Məsələn pəhlivəna deyin ki, anan ölüb, oturub körpə kimi ağlayacaq. Amma eşqə düşən insan görün, necə gümrahdır, həyat doludur, gözü parlayır. Gəldiyimiz son nəticə odur ki, sağlam ruhda sağlam bədən olur, sağlam bədən isə daha ağıllı düşünür. Bu yolla xəstəliklər də bizdən uzaq durur.

- Sizinlə söhbətləşib, mətbəx mövzusuna toxunmamaq mümkün deyil. Xəbəriniz varmı, Nigeriyanın özündə də mətbəx nümunələrimizi oğurlayıb, öz adlarına çıxardırlar.

- Mən kəndçi adamam. Bizdə deyirlər ki, "yeməyənin malını yeyərlər, mənə Koroğlu deyərlər”. Fəxr edək ki, oğurlayırlar. Hələ oğurlanmalı bilirsiniz nə qədər nemətimiz var? Biz zənginik. Kaş ki, elə həmişə belə olsun. Onlar bizdən oğurlasınlar.

- Axı dünya bunun əksini bilir. Mən sizin Assosiasiyanızın fəaliyyətindən razıyam. Amma başqa nələrsə də etməliyik.

- “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.

- Bəli.

- Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik Arximed deyirdi ki, mənə dayaq nöqtəsi verin, Yer kürəsini çevirim. İndi dünyanın dayaq nöqtəsi maliyyədir. Əgər erməni diasporu bir kulinarını xarici kulinar komandaya düşməsi üçün milyonlarla dolla xərcləyib, hətta həmin komandanın bütün xərclərini öz üzərinə götürürsə, bu normal bir şeydir. Pulun qarşısına pulla çıxmaq lazımdır. Mən tankın üzərinə yaba ilə gedirəm. Doğrudur, hələ ki, tankı zərərsizləşdirməyi bacarıram. Ancaq məndən sonra gələnlər bunu edə bilməyəcəklər. Çox çətin prosesdir. Özbəkistandakı aşpaz qardaşlarımızın fəaliyyəti bir neçə oliqarx tərəfindən maliyyələşdirilir, kulinariya assosiasiyasının prezidenti nazir səlahiyyətləri daşıyır. Qazaxıstanın baş kulinarı parlamentin üzvüdür. İngiltərədə kraliça özü şəxsən Kulinariya Assosiasiyasına himayədarlıq edir. Klinton hakimiyyətə gələndə ilk şəkilini aşpazlarla çəkdirdi. Özbəkistanın ticarət naziri, Daşkəndin meri və baş nazirin müavini əvvəl aşpaz olublar.

- Yəni sizin nazir olmaq iddianız var?

- Yox, belə bir iddiam yoxdur. Mən sadəcə dünyanın bu peşəyə verdiyi yüksək dəyərdən danışıram. Məsələn, biz Yunanıstanın Saloniki şəhərində olduq. 150 min əhalisi var. İldə 2 milyondan çox turist gəlir. İl boyu 46 kulinariya festivalı keçirdirlər burada. İtaliyada, Yunanıstanda, Rumınyada il ərzində yüzlərlə festival gerçəkləşir.

- Bəs xarici tədbirlərdə çıxış edəndə aradakı maliyyə fərqini görüb sıxılırsınız?

- Mən öncə də dedim axı, qalıb gəlməyi öyrənmişəm.

- Bəs sizdən sonra gələnlər? Onlar nə edəcəklər?

- Çox güclü mütəxəssislər yetişdirmişəm. Fikir verirsinizmi, əvvəllər bütün nüfuzlu restoranların, otellərin baş aşpazları əcnəbilər idilər. Amma indi bu vəzifədə olanların çoxu tələbələrimdir. Ümid edək ki, yavaş-yavaş düzələcək.

- Tahir müəllim, dünya kulinariyasında “Mişlen” uduzu deyilən fəxri dərəcə var. Ondan bizdə niyə yoxdur?

- Məndə ondan dörd dənə var

- Yəqin ki, bu ulduzları beynəlxalq səviyyəli müsabiqələrdə qazanmısınız?

2000 manat verib, almışam. Təkərin altına vurmuşam. Bunlar hamısı oyundur. Bir dəfə Özbəkistanda ekspert idim, 7 ton 370 kq plov hazırlanırdı. Buna ümumi 400 min dollara qədər pul xərclənmişdi. Ginnesin rekordları kitabının nümayəndəsi gəldi baxdı, bir imza atdı və bu qədər... Pul tələsidir sadəcə. Mənim arzum var idi ki, İslam Kulinariya Təşkilatı yaradıb, dünyanın diqqətini Azərbaycana yönəldim. Bu fikrimi səsləndirə bilərsiniz. Mənə il ərzində 2 milyon manat və 7 il vaxt versinlər. Bu müddətdə elə siyasət aparım ki, mətbəx deyəndə dünyanın ağlına ilk Fransa yox Azərbaycan gəlsin.

- Fransa mətbəxini sevirsiniz? Ümumiyyətlə dünya mətbəxi ilə aranız necədir? Yoxsa bu mövzuda konservativsiniz?

- Bütün mətbəxləri sevirəm. Avropa mətbəxinin də üstün cəhətlərini götürürəm. Amma qonşunun qızını çox tərifləsək, öz qızımızı kim ərə verəcək?!

- Bəs spirtli içkilərlə aranız necədir?

- Mən onların hamısının dadını, ətrini bilməliyəm. Dequstasiya edirəm tez-tez.

- Bəs şam yeməyində bir qədəh şərab işmək istəmirsiniz heç?

- Yox, mən bundan zövq almıram.

- Axı 104 yaşında dünyasını dəyişən Nobel mükafatçısı Rita Montalçini deyirdi ki, həzm sistemimi yaxşılaşdırmaq üçün pivə içirəm, iştahım olmayanda ağ şərab dada bilərəm. Təzyiqim düşəndə qırmızı şərab, qalxanda isə konyak qəbul edirəm. Angina zamanı "Vodka"sız keçinmirəm. Bəs sizcə, heçmi faydası yoxdur bizə bu içkilərin?

- Demək ki, bu reklam, elmi araşdırma kiməsə sərf edir ki, spirtli içkiləri reklam edir. Onları da maliyyələşdirənlər var. Mən spirtli içkilərdə böyük bir fayda görmürəm.

- Bəs nə içək, çay?

- Bəli çay için. Səhər, günorta axşam. Amma yaşıl çay, qara yox...Şərbət için, iskəncəbi, ovşala, təzə meyvə şirəsi için.

- Yenə qış gəldi, düşbərə, xəngəl mövsümü başladı...

- Bundan gözəl nə var ki? Yeyin, amma qədərində. Nə fərqi var, bir boşqab yediniz, yoxsa bir sini. Əsas o zövqü dadmaq və vaxtında masadan qalxmaqdır. . Öynənizi düzgün qaydasına salsanız, orqanizm də rahat qəbul edəcək qidanı.

(Gözüm masasının üzərindəki, kitaba sataşır. Leyla Əliyeva “Если бы звёзды ступеньками стали”şerlər kitabı)

- Tahir müəllim, Leyla xanımın şeirlərini oxuyursunuz?

- Oxuyuram. Leyla xanımın şeirlərində dərin fəlsəfi məna yatır. Mən onun sənətinə vurğunam. Mən onunla bu barədə bəzən söhbətləşirəm. Leyla xanımın fitri istedadı var. Hər misrasında bir fəlsəfə gizlənir. Bu gənc xanım şairə sufizmdən, meracdan yazır. Özü də düşünmədən gəlir bunlar.

- Sonda xalqımıza nə deyərdiniz?

- Eşitməyi yox, duymağı, oxumağı yox, öyrənməyi, baxmağı yox, görməyi öyrənsinlər. Onda hər şey yaxşı olacaq.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
Hamısı