Bakının Nərimanov rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı il təvəllüdlü Müzəffərov Elçin Abbasağa oğlu və 1978-ci il təvəllüdlü Müzəffərova Natavan Əyyüb qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.