Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın hədiyyə etdi - FOTOLAR | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın hədiyyə etdi - FOTOLAR

Mədəniyyət A- A A+

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən xalq artistinə avtomobil hədiyyə olunub.

Kult.az xəbər verir ki, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...