Betmen rolunu oynayacaq yeni aktyor tapıldı | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Betmen rolunu oynayacaq yeni aktyor tapıldı

Mədəniyyət A- A A+

“Warner Brothers” studiyası britaniyalı aktyor Robert Pattinsonla Betmen rolunda çəkilməklə bağlı danışıqlara başlayıb. 

Bu barədə Oxu.Az “The Hollywood Reporter” jurnalına istinadən xəbər verir.

Personajın hüquqlarının sahibləri Pattinson və digər britaniyalı aktyor Nikolas Holt arasında seçim edirdilər. “The Hollywood Reporter”-in məlumatına əsasən, nəhayət, seçim Pattinsonun üzərinə düşdü.

Qeyd edək ki, “Betmen” filmi 2021-ci ilin iyunun 25-də işıq üzü görəcək. Öncə filmin rejissoru və biznesmen Brüs Veyn (Betmen maskası altında gizlənir) rolunun ifaçısı Ben Afflek olmalı idi. Lakin 2017-ci ildə o, işdən imtina etdiyi üçün filmin rejissorluğu Mett Rivzə həvalə edildi. 

Xatırladaq ki, Pattinson böyük ekrana ilk dəfə “Harri Potter və alov piyaləsi” filmindəki Sedrik Diqqori rolu ilə gəlib. Daha sonra isə o, “Alatoranlıq”filmindəki vampir Edvard Kallen rolu ilə dünya şöhrətini qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...