Anar Prezidentə məktub yazdı | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Anar Prezidentə məktub yazdı

Mədəniyyət A- A A+

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Eurasia Diary Modern.az-a istinadən məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan yazıçılarının böyük bir dəstəsini fəxri adlarla təltif etməyinizi ədəbi ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı. Bu yaxınlarda yazıçılara bina tikmək üçün sahənin ayrılması, Şüvəlandakı Yaradıcılıq Evinin təmiri, Şabranda sənət şəhərciyinin salınması barədə tapşırıqlarınız, Yazıçılar Birliyinə böyük məbləğdə maliyyə vəsaiti ayırmağınız, klassik və çağdaş yazıçılarımızın yubileylərinin keçirilməsi haqqında sərəncamlarınız, bu ili ölkəmizdə “Nəsimi ili” elan etməyiniz söz sənətimizə daimi diqqətinizin və qayğınızın göstəriciləridir.

Azərbaycan Yazıçılar Birliyinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirir, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...