“Çölçü” də “Şanapipik əfsanəsi”ndən Azərbaycan kinosunda azərbaycançılığa qədər ...

Mədəniyyət 16:15 20.06.2019

Məlum bir həqiqət var ki, Azərbaycan kinosu yarandığı ilk günlərdən başlayaraq azərbaycançılığa, milli düşüncəyə, vahid ideologiyaya hər zaman xidmət edib və bu gün də xidmət edir. İlk andaca qeyd etmək lazımdır ki, hər hansı bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliyə xidmət etməklə bu ideologiyaya bağlıdır. Sözsüz ki, sənətin milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməsi də məhz bu ideologiyadan bəhrələnməkdədir. Məhz elə bu baxımdan da qeyd etmək lazımdır ki, reallıqda da böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında müstəsna xidmətləri olmaqla yanaşı azərbaycançılığa, dövlətçiliyə töhfələr verməklə öz yolunu müəyyən edə bilib.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlamaqla, fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı”, "Şəhər bağında xalq gəzintisi”, "Qafqaz rəqsi” kimi xronika süjetləri və "İlişdin” adlı bir bədii kinosüjetdən ibarət olmaqla diqqətimizi özünə cəlb edə bilib. Bundan sonra tarixi mənbələrə istinadən məlum olur ki, 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri yəni ticarət evləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmaqla adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Hətta bu zaman Peterburqdan rejissor Boris Svetlov dəvət olunaraq təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Bundan sonra 1916-cı ildə Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası da çəkilib. Həmçinin kinomuzun tarixinə qısa da olsa nəzər salarkən məlum olur ki, 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü ərəfəsində "Təntənə” adlı tammetrajlı bir film də ekranlarda nümayiş etdirilib. 1920-ci illərdə isə sənətə, ədəbiyyata, mədəniyyətə fərqli tələblər irəli sürülməklə milli kinomuz dövrün, hakim rejiminin təbliğat maşınına çevrilməklə bu siyasi rejimin tam olaraq nəzarətinə düşüb. Ancaq, bununla belə, filmlərimizdə milli çalarlar, ştrixlər, hadisələr öz aktuallığını elə kino rejissorlarımızn ciddi səyi nəticəsində qoruyub saxlaya bilib.

Məlumdur ki, 2008-ci il avqustun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Məhz bu proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlanılıb. Kinoda yeni inkişaf tendensiyası yaranıb. Bu həm filmlərin çəkilişində, nümayişində, eləcə də texniki təchizatın gücləndirilməsində özünü daha aydın bir formada göstərə bilib. Qeyd etmək lazımdır ki, son bir neçə ilin statistik məlumatlarına nəzər salsaq görərik ki, Azərbaycanda dövlət sifarişi ilə sənədli və tammetrajlı filmlərin çəkilməsi daha çoxluq təşkil edir. "Salnamə” sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan ssenari müəllifi İsmayıl Səfərəli və Samir Kərimoğlunun rejissorluğu ilə vətənpərvərlik ruhunda cəkilən "Mən evə qayıdıram”, ssenari müəllifi Aqil Abbasov və Elxan Cəfərovun rejissorluğu ilə 2012-ci ildə ekranlaşdırılan Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş verən gerçək hadisələrdən bəhs edən "Dolu”, ssenari müəllifi xalq yazıçısı Anar və xalq artisti Ramiz Həsənoğlunun rejissorluğu ilə böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə onun həyat və yaradıcılığından bəhs edən ikiseriyalı "Sübhün elçisi”, ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli olan "Qırmızı bağ”, həmçinin "Qisasını alıb öl”, "Qorxma, mən səninləyəm-2” filmləri müxtəlif mövzu və janrda istehsal olunan ekran əsərləri kimi diqqəti cəlb edir.

Həmçinin qeyd etmək lazımdır ki, 64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu yaradılıb. Londonda keçirilən "XV Rainbow” Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” Kinostudiyasında ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operator Rafiq Quliyev, quruluşçu rəssamlar Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev olan və kinorejissor Şamil Əliyev tərəfindən çəkilən "Çölçü” filmi "Ən yaxşı bədii film” nominasiyasında mükafatlandırılıb. 2013-cü ilin mayında bu film Bakıda 23-cü "Humay” Milli Mükafatına layiq görülüb. "Çölçü” həmçinin "Xarici dildə ən yaxşı filmə görə” nominasiyasında 2014-cü ilin "Oskar” mükafatına təqdim olunub və ilkin siyahıda özünə yer ala bilib. "Çölçü”nün əldə etdiyi nailiyyətlər bununla bitmir. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində məhz "Çölçü” nümayiş etdirilib.

Bu günədək Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi kimi tanınan kinorejissor Şamil Əliyev tərəfindən çəkilən "Çölçü” filmi beş qitəni əhatə edən 50-dən artıq Beynəlxalq Kino Festivallarında iştirak edərək 30-a yaxın mükafata layiq görülüb. Hələ bu da son deyil. "Çölçü”nün yeni mükafatlar çələngi yeni zirvələr fəth etməkdədir. Belə ki, təkcə 2019-cu ilin may və iyun aylarında Beynəlxalq kino ekspertlərindən ibarət Münsiflər heyəti "Çölçü” filmini beş Beynəlxalq Film festivallarının və mükafatlarının qalibi elan edib. Belə ki, Florence Film Awards 2019 (İtaliya) may mövsümündə "Ən yaxşı bədii film” mükafatına, Oniros Film Awards 2019 may mövsümündə "Ən yaxşı bədii film” mükafatına layiq görülməklə "Ən yaxşı rejissor kimi FİNALİST” statusuna, Mahul Woods International Film Festival 2019 (Hindistan) may mövsümündə "Ən yaxşı bədii film və ən yaxşı operator” mükafatlarına, Near Nazareth Festival 2019 (İsrail) iyun mövsümündə "Ən yaxşı aktyor heyəti və rejissor işinə” görə, European Screen Awards 2019 (İndoneziya) iyun mövsümündə "Ən yaxşı bədii film” nominasiyalarına layiq görülməklə qızıl təbəqə ilə örtülmüş heykəl fiqur və sertifikatlarla mükafatlandırılıb.

"Çölçü”nün mövzusu əsas obrazı olan Ulunun özünə çölü yurd yeri seçməsi və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir "Şanapipik əfsanəsi”ndən doğan həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə qısa saçlı bir qız gəlir və Cavan çölçünün həyatına öz nağıl dünyasını qatmaqla onun həyatını tamamilə dəyişir.

Qeyd etmək lazımdır ki, filmin ssenari müəllifi Vidadi Həsənov Hollivudda yetərincə uğur qazanan Kler Deynsin rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində uğurla çalışıb.

Kino tənqidçisi Sədaqət Kamalın fikrincə, filmdə tamaşaçı "Bir şərəfsiz tərəfindən namusu tapdalanan qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?” sualına cavab tapmaq problemi ilə baş-başa qoyulub. O, digər bir məqamda film haqqında öz fikirlərini belə yazır: "Mən "Çölçü”nün hisslərimə ilk təsir gücündən səmimi bir tamaşaçı diliylə danışmaq istəyirəm. Film bəşərin ilahi hissi, yəni sevgi haqqında fəlsəfi poemadır. Bu şeriyyətin qəhrəmanları həm folklor, həm klassik, həm də bu günümüzün miks olunan obrazlarıdır. Məhz ona görə də bu qəhrəmanların həm rasional, həm də irrasional qavranılması mümkündür.”

Bu gün xüsusi olaraq qeyd etmək istərdim ki, qloballaşma ilə saf duyğular arasındakı əksliklərin vəhdətini göstərmək məqsədilə "Çölçü” filminin öz poetikası və fəlsəfi dərinliyi mövcuddur. Bu dərinliyi filmə baxdıqca daha çox duyur və hiss edirsən. Həm də hadisələrin fonunda rejissor quruluşuna və bu traktofkadan irəli gələn operator səliqə-səhmanına valeh olmaya bilmirsən. Hətta bu səliqə-səhman aktyor oyun tərzinə də sirayət etməklə hər bir detal öz dəqiqliyini və uyğunluğunu göstərə bilir. Filmin daha baxımlı olması söz ifadə vasitələrindən daha çox hərəkət və jestlərin dəqiqliklə göstərilməsi ilə bağlıdır. "Çölçü”nü seyr etdikcə daha çox hadisələr fonunda sanki özün də bilmədən hadisələr zəminində bir iştirakçıya çevrilirsən və onların taleyini elə onlarla bir yaşayırsan.

Kino tənqidçisi Sədaqət Kamal isə yazır: "Filmin mövzusunun eşq-məhəbbət olduğunu iddia edə bilmərəm. Əgər yaradan hər şeyi sevərək yaratmışsa, deməli, məhəbbəti bütün çalarlarıyla araşdırmağa çalışsaq, onda onu filmin hər əşyasında görə bilərik; qəhrəmanın düzəltdiyi daş fiqurlar, ibtidai insandan qalan məhəbbət yadigarlarıdır ki, hələ də ilham pərisinə dönə bilirlər. Filmin qəhrəmanı Ulunun sandıqda saxladığı kilimarası xalq teatrı da insan ruhunun məhəbbətindən yaranıb; Ulu öz nakam eşqini onun köməyilə canlı edə bilir və nəsildən-nəslə ötürür. Xalqımızın, namusu bədiiyyata çevirən "Şanapipik quşu haqda əfsanə”si isə mayası insan məhəbbəti olan təbiətin özüdür. Bu əfsanə "Çölçü”nün ana xəttidir.”

Bu fikirlərdə bir həqiqət var. Filmin ana xəttində olan "Çölçü” də "Şanapipik əfsanəsi”ndən Azərbaycan kinosunda azərbaycançılığa qədər olan bir dövr böyük usatlıqla təqdim edilməklə insan ruhunun məhəbbətindən qidalandığını və bir varlıq olaraq məhəbbətin, sevginin ucalığından xəbər verir. "Çölçü” öz sevgisinin qürurunu və varlığının tamlığını göstərməklə hələ uzun illər yolumuza işıq salacaq.

 

Anar Burcəliyev

Teatrşünas

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Hamısı