"Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına yol verilir".
Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında keçirilən mətbuat konfransında bildirib.
Mədəniyyət naziri deyib ki, bu, yolverilməzdir: "Mehriban Əliyeva da dünən sessiyada çıxışında dedi ki, bu, həssas məsələdir və bu məsələdə UNESKO-nun dəstəyinə nail olmaq istəyirik. Uzun müddətdir ki, faktaraşdırıcı missiyanın regiona gəlməsinə Ermənistan mane olur. Hazırda bizim o ərazilərdə mədəniyyət abidələrinə nəzarət etmək imkanımız yoxdur. Bu, UNESKO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir. Azərbaycanın UNESKO ilə bu sahədə əməkdaşlığı davam edir".