Nəsiminin məhkəməsindən maraqlı etüdlər – Aida Qasımova yazır

Mədəniyyət 15:17 01.07.2019
“Nəsimi məhkəməsi Azərbaycan oxucusuna Sibt ibn əl-Əcəminin “Kunuz əz-zəhəb” əsərindən məlumdur. Bu yaxınlarda mövzu ilə bağlı Nəsiminin öz müasirinin dilindən söylənilən başqa bir xəbər rastıma çıxdı. İbn Həcər əl-Asqalaninin “İnbə əl-ğumr” əsərinin Qahirə nüsxəsinin qeyd hissəsində belə bir məlumat var:
“Əlyazma nüsxəsinin haşıyəsində əl-Baqainin xətti ilə belə bir yazı var. Yazıda deyilir:
 
Qazi l-qüzat Muhibb əd-Din ibn Şahnə mənə deyib ki, bu adam (Nəsimi) bəzi adamların əqidəsini korlamışdı. Onlardan biri Nasir əd-Din Məhəmməd ibn Zu l-Ğadirdir ( Bu ad Sibt ibn əl-Əcəmidə Nasir əd-Din Dulqadir kimi gedir. A.Q.). Nəsimi onların qulağını doldururdu ki, indiyədək əməl etdikləri şəriət hökmləri (batildir) və onlarda həqiqət yoxdur. Peyğəmbərlər isə aqil insanlar olub. Onlar (dini hökmlərlə) insanların bir-birinə əziyyət verməsinin qarşısını alırdılar. Əslində Allah yoxdur… və bu kimi açıq-aşkar insanları yolundan azdıran fikirlər. Zu l-Ğadir oğlunun yolundan azması o dərəcəyə çatdı ki, öz qızına təcavüz etdi, onu öz zövcələrindən biri etdi və ondan bir oğlu oldu.
 
Nəsimi Hələbdən qaçmışdı. Müəyyəd onun tapılmasını tapşırdı. Sultan onu tutduqda haqqında iddia qaldırdılmasını və edam edilməsini əmr etdi. Müəyyəd onun bidətçi olmağından xəbərdar idi. O, bir müddət azad qaldı. Bu zaman o Hələb əmirinə yaxınlaşdı (bu hissə oxunmur) ona (nələri isə) yaxşı qələmə verdi və ağlını çaşdırdı.
 
Nəsiminin (məhkəməsinə) baş qazilər və üləma toplaşmışdı. Mən də orada idim. O zaman orduda qazi idim.
Bu zaman Hələbin hörmətli əyanlarından biri onun əleyhinə iddia qaldırıb dedi ki, o, Allaha və Onun peyğəmbərinə qarşıdır. Hələb əmiri dedi ki, əgər dediyini sübut edən dəlil gətirsən, onda Nəsimini öldürərik. Gətirməsən, sənin özünü öldürəcəyik. Bu sözlərdən sonra məclisə bir vahimə düşdü. Sonra bir başqası ayağa qalxıb dedi ki, Hələbin baş maliki qazisi Fəth əd-Dinin yanında onun əleyhinə iddia qaldırıram. Ordakılar hamısı buna şahid oldu. Orda iştirak edənlərin bəzisi Nəsimi barədə ölüm hökmünün verilməməsini istədi. O, (Hələb hakimi) orada iştirak edənlərdən soruşdu. Onun ( Nəsiminin) əleyhinə deyiənlər onun zindiqliyini sübut etmək üçün kifayətdirmi? Onun haqqında iki şahidin sözü bir-birinə uyğun gəlmir. Bəs mənaca necə, bir-birinə uyğun gəlirmi? Onlar bu məsələdə dayandılar. Hənbəli (mətndə boşluq gedib) əd-din ibn əl-Xəzuruni iddiaçıları onun yanında olub iddia qaldırmağa çağırdı. Amma xəfiyyə katibi ona göz etdi və hənbəli bundan sonra danışmağa cürət etmədi. Hələb hakimi bu işlərdə razı görsənirdi.
 
Məclis uzandıqda Hələb hakimi dedi: “Bu işi uzatmayın. Siz qətlinə hökm versəniz belə, mən onu öldürməyəcəm. Sultanın fərmanı var ki, onun razılığı olmadan heç kimi öldürməyim.
Camaat qalxdı. Sultana məktub göndərildi. Qazilər xəfiyyə katibi Nasir ibn əl-Bəruziyə Hələb hakimi barədə yazılı məlumat verdilər.
 
Nəsimi zindanda olarkən, Sultandan Hələb hakimi Yəşbəkə məktub gəldi. Sultanın göndərdiyi adam bu zindiqin onun hüzuruna gətrilməsini istədi. Əyanlar Sultanın adamına Nəsiminin məhbəsdə öldürülməsinə şahidlik etdilər.
Çox keçmədi ki Hələb hakiminin bir dəstə adamı bu zindiqi gətirdi. Onun dərisi soyulmuşdu. Başı (kəsildiyindən) əmmaməsinin içinə saman doldurulmuşdu. Bir nəfər onu ayaq üstə tutduğundan diri insan kimi görsənirdi. Məlum oldu ki Sultandan Yəşbəkə nə etmək barədə göstəriş gəlib. Onun başı adı çəkilən Zu l-Ğadirə göndərildi. Əlləri də başqa bir nəfərə göndərildi. Bir başqasına da başqa üzvü göndərildi. Beləcə bədən üzvləri yoldan çıxardığı türkmənlərin ölkəsinə dağıdıldı.
Bəziləri hələ də Nəsiminin qətlə yetirilməsinin mümkün olmasına inanmırdılar. Bu zaman artıq Nəsrəddin tövbə etmişdi. Onun tövbəsi qəbul olunmuşdu. O öz hərəkətindən və qızına etdiyindən çox peşıman idi. Qıza bu barədə xəbər verib onu uzaq bir yerdə ərə verdilər ki, nə Nəsrəddin onu görsün, nə də qız Nəsrəddini.
 
Bəlkə də bu zindiq (Nəsimi) bu səbəbdən həbs edilmişdi. Allah bu ölkəni ondan xilas edib Müəyyədin əlinə verdi. Allah ona (Müəyyədə) rəhmət eləsin və günahlarından keçsin. Müəyyəd Məhəmməd dinində etiqadı düzgün, imanı gözəl biri idi (Sonrakı hissələr qarışıq olub oxunmur). Heç bir dəlil bu kafirin günahını yüngülləşdirməz.
 
Gördüyümüz kimi, “İnbə əl-ğumr”dakı məhkəmə prosesi “Kunuz əz-zəhəb”dən bir qədər fərqlənir. Burada dörd qazi l-qüzatdan yalnız maliki qazisi Fəth əd-Dinin adı çəkilir. Nəsimi əleyhinə üləmadan bir nəfər deyil, iki nəfər iddia qaldırır. İddiaçıların adı çəkilmir. Bu mətndə ən vacib olanı böyük şairin cəsədinin ələ salınması, əmmaməsinə saman doldurulub kəsilmiş başının yerinə qoyulması, dərisi soyulmuş halda sanki ayaq üstə imiş kimi tutulması və sairədir. Bu mətn Sultan Müəyyədin və onun əlaltısı olan üləmanın taxt-tac düşmənlərinə qarşı nə qədər amansız olduğunu göstərir.
 
Bir çox ərəb mətnləri kimi bu mətn də hadisələrdən xəbərdar olan insanlara yönəldiyindən bəzi məsələlərdə təfsilata varılmır, fail və məfullar aşkar bilinmir. Mətndə “qızla yaxınlıq etdi, sonra onu öz zövcələrindən etdi” ifadəsi bir-başa zəlalət, yoldan azma sözündən sonra gəlir. Qız barədə isə “onun qızı”, “öz qızı” mənalarını bildirən “ibnətəhu” sözü işlənir. Burada söhbət qanuni evlilikdən getsəydi, bu, zəlalət kimi verilməzdi. İstər-istəməz burada böyük bir qəbahət olması duyulur. Sonra Nəsrəddin tövbə edir, peşman olur və qızı onun heç bir zaman görəməyəcəyi uzaq bir yerə göndərirlər. Qəribədir ki, buna görə Nəsrəddin cəzalanmır, tövbəsi qəbul edilir. Nəsiminin isə, ola bilsin ki, bu səbəbdən edam olunması qeyd edilir. Digər diqqəti cəlb edən məsələ Sultan Müəyyədin sanki Yəşbəkə inanmaması, öz xüsusi adamını Hələbə göndərməsi, Hələb əyanlarının belə Nəsiminin həqiqətən öldürülməsinə şahidlik etmələridir. Nəsiminin cəsədi belə bu məqsədlə gətirilir və Sultan Müəyyədin xüsusi adamına göstərilir.Bütün bu məsələlər olduqca dolaşıq olub ciddi araşdırmalar tələb edir.
Bu mətn əl-Asqalaninin kitabında verilsə də, haşiyə yazısının müəllifi Burhanəddin əl-Baqaidir. Əl-Baqai əl-Asqalaninin tələbəsi və Nəsiminin gənc müasiri olub. ( 1406-1480) Mətndən də göründüyü kimi, məmluk sultanlarının təəssübkeşi kimi taxt-tac düşmənlərinə qarşı hər cür iftiralara hazır bir insan olub. Xüsusilə ailədaxili evlilik məsələlərinə hürifilərlə bağlı digər mənbələrdə rast gəlmədiyimdən, onun məlumatları şər-böhtan xarakteri daşıyır. Allahsız kimi ittiham edə bilmədikləri şairi bu cür şər-böhtanla şərləsələr də, xalqın sərraf gözü Nəsimini göylərə qaldırır. Edamından illər keçsə də şair bir haqq aşiqi, bir əzabkeş kimi qəlblərdə yaşayır.
 
Aida Qasımova,
 
Bakı Dövlət Universitetinin professoru, ərəbşünas alim
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı