“Evdə tək” yenidən çəkiləcək | Eurasia Diary - ednews.net

18 Avqust,


“Evdə tək” yenidən çəkiləcək

Mədəniyyət A- A A+

Uşaqdan böyüyə hər kəsin sevə-sevə izlədiyi “Evdə tək” filmi yenidən ekranlaşdırılacaq.

Eurasia Diary xəbər verir ki, “The Walt Disney” şirkəti “20th Century Fox”un 90-cı illərdə lentə aldığı “Evdə tək” və “Muzeydə bir gecə” filmlərinin “remake”ini çəkəcək.

Filmlərin rejissoru, rol alacaq aktyorların kimliyi və hansı formatda yayımlanacağı hələ ki bəlli deyil.

Bu barədə detallı məlumat avqustun sonunda əsas mövzusu “Disney+” olacaq “D23 Expo” festivalında təqdim olunacaq.

Studiya nümayəndələri ümid edirlər ki, yeni “Evdə tək” tamaşaçıların yüksək standartlarına cavab verəcək və orijinalı üstələyəcək. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...