Rusiya kino şirkəti Dağlıq Qarabağla bağlı təxribat xarakterli film çəkir

Mədəniyyət 18:00 08.08.2019

Bu gün Rusiya kinematoqrafiyasında erməni əsilli kinematoqrafların olması Azərbaycan əleyhinə çəkilən filmlərin meydana gələməsinə səbəb olur. Dəfələrlə bu ölkədə yaşayan erməni kinematoqraflar müxtəlif vasitələrlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaq məqsədilə təxribatyönümlü işlər görüblər.

Hazırda da onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlar haqqında təxribatçılığa xidmət edən filmlər çəkən ermənilər bu saxtakarlıqlarını həyata keçirmək üçün xarici kino şirkətlərindən istifadə edirlər. Şübhəsiz, onların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin gerçək mahiyyətini təhrif etmək, erməni xalqını “əzilən, zərərçəkən xalq” kimi təqdim etməkdir. Bununla yanaşı, işğal altında olan Azərbaycan ərazilərini də “tarixi erməni torpağı” olaraq qəbul etdirməkdir.

İndiyə qədər xaricdəki erməni lobbisinin təşəbbüsü ilə bir sıra xarici kino şirkətləri qanunsuz olaraq Dağlıq Qarabağ haqqında filmlər çəkiblər. Növbəti filmin isə Rusiya kinematoqrafçıları tərəfindən istehsalata buraxılmaq ərəfəsində olduğu bildirilir. Söhbət bu ölkədə çəkilməsi planlaşdırılan Qarabağla bağlı təxribat xarakterli filmdən gedir.

Mətbuatın yazdığına görə, Rusiyanın “Veqa film” kino şirkətində Dağlıq Qarabağla bağlı təbliğat xarakterli film çəkilir. “Veqa film” kino şirkəti tərəfindən Xankəndi şəhərindən olan erməni rejissor Robert Defin rəhbərliyilə “Walter” adlı film çəkiləcəyi haqqında Rusiya KİV-də xəbər yer alıb. Baş rolda fransalı aktyor Bibi Nasirinin çəkiləcəyi ekran əsərində hadisələr 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsilə əlaqəli şəkildə baş verir. Hazırda bu filmin Rusiya Mədəniyyət Nazirliyinə təsdiqlənmək üçün təqdim olunduğu bildirilir.  

Qeyd edək ki, Rusiyanın Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti ölkənin mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edərək filmin çəkilişlərinin qadağan edilməsi tələbini irəli sürüb. Azərbaycanlıların regional milli-mədəni muxtariyyətindən nazirliyə ünvanlanan məktubda azərbaycanlı diaspor təmsilçiləri tanınmış aktyorları cəlb etmək yolu ilə bu filmin geniş ekranlara çıxarılmasının hədəfləndiyini, bunun da Dağlıq Qarabağ münaqişəsilə bağlı aparılan danışıqlara mənfi təsiri ola biləcəyi, bu məsələnin, bütövlükdə, qardaş Rusiya ilə Azərbaycan xalqları arasında ədavət toxumları səpmək məqsədi daşıdığı vurğulanır.

Şamil Əliyev: “Bunun arxasında Rusiya kino sənayesinin ciddi fiqurları, maddi imkanlar və siyasi məqsədlər dayanır”

Eurasia Diary xəbər verir ki, tanınmış kinorejissor Şamil Əliyev “Bakı-Xəbər”ə bildirib ki, Rusiyanın kino şirkətinin Dağlıq Qarabağ münaqişəsi haqqında film çəkməsi yolverilməzdir. O hesab edir ki, Rusiyanın dövlət büdcəsi hesabına çəkiləcəyi deyilən filmin çəkilişlərinin baş tutmaması üçün Azərbaycan tərəfi tədbirlər görməlidir. Ş.Əliyev qeyd etdi ki, əvvəlcə Rusiya kino şirkətinin ermənilərlə birləşib belə bir film çəkib-çəkməməsi məsələsi araşdırılmalı və buna adekvat cavab verməlidir. “Ermənilərin Azərbaycan əleyhinə filmlər çəkməsi, bu yolla təxribatçılıqla məşğul olması yeni deyil. “Veqa film” kino şirkətində Dağlıq Qarabağla bağlı təbliğat xarakterli film çəkilirsə, artıq buna ciddi reaksiya verilməlidir. Bu kimi məsələlərə bir-iki rejissor, kino mütəxəssisi səviyyəsində cavab verilməsi elə effekt verməyəcək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən filmə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi Rusiyanın müvafiq qurumlarına müraciət ünvanlamalı və buna rəsmi etirazlarını bildirməlidirlər. Əminəm ki, hər iki nazirlik bu addımı atacaq və belə təxribatçı bir filmin çəkilməsinin qarşısını almağa nail olacaq. Bilirsiniz ki, belə bir film çəkilirsə, burada ancaq güclü maliyyə dəstəyindən söhbət getmir, həm də görünür ki, bu filmin çəkilməsi üçün ortada siyasi razılıq var. Yəni bu filmin çəkilməsində siyasi razılıq amili istisna deyil. Bu səbəbdən də Azərbaycanın aidiyyəti qurumları bu filmlə bağlı tədbir görməlidirlər. Film çəkmək elə asan məsələ deyil, burada pul amili ilə yanaşı, siyasi dəstək də əsasdır. Görünür, o filmi çəkmək istəyən kino şirkətinə ciddi maliyyə dəstəyilə yanaşı, siyasi dəstək verənlər də var. Arxasında ciddi siyasi güc dayanan bir filmi çəkmək istəyənlərə də ciddi cavab verilməlidir. Çünki bunun arxasında Rusiya kino sənayesinin ciddi fiqurları, maddi imkanlar və siyasi məqsədlər dayanır”.

Ş.Əliyevin bildirdiyinə görə, heç bir vaxt Xankəndinin kino sənayesi olmayib, indi də yoxdur. O hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif etmək istəyən ermənilər layiqli cavablarını almalıdırlar. Kinorejissorun sözlərinə görə, Azərbaycanın torpaqları işğal olunub və öz doğma yurdlarından azərbaycanlılar didərgin düşüblər, münaqişədən ən çox zərər çəkən də ermənilər yox, bizik.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı