AzTV-yə kimlər sədrlik edib... Dövlət Televiziyasına gəlib-getmiş 12 RƏHBƏR

Mədəniyyət 11:57 05.09.2019

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Eurasia Diary xəbər verir ki, bu təyinatadək Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olaraq sədrin səlahiyyətlərini icra edirdi.

R.Məmmədov əvvəllər Azərbaycan Televiziyasında “Günün nəbzi” verilişinin aparıcısı olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. AzTV-dən əvvəl İctimai və “Lider” televiziyasında çalışıb.

Xatırladaq ki, bu il yanvarın 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov vəzifəsindən azad olunub. Arif Alışanov sədr postunu 2006-cı ildən tuturdu.

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.

1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib. 2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.

Maraqlıdır, indiyə kimi AzTV-nin neçə sədri olub, onlar kimlərdir?

Onların kim olduğunu diqqətə çatdırırıq...

İlk dəfə 1956-cı ildə Bakı televiziya studiyası kimi fəaliyyətə başlayan dövlət telekanalına Ənvər Əlibəyli rəhbərlik edib.

1957-ci il mayın 16-da Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri postuna Teymur Əliyev gətirilib.

1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri postu yenidən Ənvər Əlibəyliyə tapşırılıb.

1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylinin yerinə İmran Mirzəyev gətirilib. Onun sədrliyi 11 ay çəkib.

1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edilib. O, bu vəzifəni 1982-ci ilə qədər icra edib.

1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olunub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Elşad Quliyev vəzifəsindən istefa verib.

1990-cı il yanvarın 27-də AzTV-nin başına Qeysər Xəlilov keçib. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra edib.

1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.

1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olunub və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq edib.

1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarıb, amma o da həmin postda yalnız 1 gün qala bilib.

1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin edib.

1993-cü ildə Məmməd İsmayılı Babək Hüseynoğlu (Məmmədov) əvəz edib. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edilib.

1996-cı ilin sentyabrında Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edilib. 2006-cı ilin iyununda ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

2006-cı il avqustun 16-da prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna Arif Alışanov təyin edilib. 2019-cu il yanvarın 15-də Arif Alışanov AzTV sədrliyindən kənarlaşdırılıb.

2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsi  "Həftə" analitik-informasiya proqramının, "Günün nəbzi" və "Əsas məsələ" tok-şousunun teleaparıcısı Rövşən Məmmədova həvalə olunub. O, 7 aydan çox müddətdə sədrin səlahiyyətlərini icra edib.
Nəhayət 2019-cu il sentyabın 4-də Rövşən Məmmədov AzTV sədri vəzifəsinə təsdiqlənib. /modern.az/

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı