Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin Monteneqrodakı “Russkiy vestnik” jurnalının son buraxılışında müsahibəsi dərc olunub.
Eurasia Diary xəbər verir ki, müsahibədə Azərbaycan-Monteneqro əlaqələri, Mərkəz tərəfindən həyata keçirilən layihələr və tədbirlər, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsi haqqında ətraflı məlumat verilib.