Kitabda Orta Əsr ərəbdilli Azərbaycan məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Cəmaləddin əl-Ərdəbilinin 12 ci əsrin böyük filoloqlarından olan Carullah Zəməxşərinin “əl-Unmuzəc fi-nənəhv”-Qrammatikaya dair nümunə əsərinə yazdığı şərhi tədqiq edilmiş,ümumiyyətlə,Orta Asiya reqionunun,xüsusilə də Azərbaycan torpağının yetişdirdiyi alim və mütəxəssislərin ərəb dilinin inkişafındakı rolundan söhbət açılmış,həm Zəməxşəri həm də onun əsərinə şərh yazmış Cəmaləddin əl-Ərdəbili haqqında ətraflı məlumat verilmişdir.
Dərs vəsaitində qrammatik məsələlərin orijinala müvafiq surətdə təqdim edilməsi,filoloji məqamların müasir tələblərə uyğun şəkildə izahı tələbə və mütəxəssislərə əsər haqqında dolğun təsəvvür əldə etmək imkanı verir.Cəmaləddin əl-Ərdəbilinin yaşadığı dövrün elmi mühitini lazım şəkildə dərk etmək üçün onun tarixi şəraitinə,həmçinin ictimai-siyasi durumuna da nəzər salınmış,əsərə yazılmış digər şərhlərdən onun müxtəlif kitabxanalarda saxlanılan əlyazma nüsxələrindən,həmçinin paleoqrafik xüsusiyyətlərindən söhbət açılmışdır.