Ermənilər Qarabağ haqda film çəkdi “İncəsənət müharibəsi” davam edir”

Mədəniyyət 14:19 02.10.2019

Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə Qarabağ müharibəsindən bəhs edən “Mənim xaçım” filmi yaxın günlərdə ekrana çıxarılacaq. Qarabağ həqiqətlərinin erməni maraqları baxımından gündəmə gətirildiyi bu film düşmənin incəsənət müstəvisində də öz təxribatçılıq fəaliyyətini davam etdirdiyini göstərir.

Eurasia Diary xəbər verir ki, Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycanın da Qarabağ həqiqətlərini incəsənətin köməyilə gündəmə gətirilməsinin, bu sahədə aktivliyini artırmasının vacibliyinə diqqət çəkdi:

“Filmlər müəyyən ideologiyaların, ideyaların yeridilməsi ilə bağlıdır. Filmin imkanlarından istifadə edib böyük bir kütləni qoyulan məqsədə yönəltmək olar. Filmin kütlə üzərində təsiri çox böyükdür. Biz uşaq vaxtından müəyyən filmlərlə böyümüşük. II Dünya Müharibəsi ilə bağlı elə filmlərə baxmışıq ki, böyüyəndən sonra bu və ya digər döyüşlərin həmin filmlərdə göstərildiyi kimi olmadığını anlamışıq. Lakin bütün hallarda biz bu filmlərlə böyümüşük, onların təsiri altında olmuşuq.

Ermənilər bu cür filmlər vasitəsi ilə gələcək nəsilləri inandırmağa çalışır ki, onların işi guya haqq işi olub. Guya bu torpaqlar ermənilərə məxsus olub və bu torpaqları almaq onların tarixi missiyası olub. Onlar insanları öz yalanlarına inandırmaq üçün kitablardan, filmlərdən istifadə etməyə ehtiyac hiss edirlər. Yəni bunlar düşünülmüş addımlardır. Onlar bu yolla öz işğalçılıq siyasətlərinə haqq qazandırmağa çalışırlar.

Düşünürəm ki, Azərbaycan bu yöndə daha aktiv olmalıdır. Bir ara bununla bağlı filmlər çəkildi. Aprel döyüşləri ilə bağlı filmlər çəkildi. Bu cür filmlər bundan sonra da çəkiləcək.

Lakin son günlər yeni filmlər haqqında heç bir xəbər eitmirik. Düşünürəm ki, əgər erməniləri Qarabağ müharibəsi haqqında bir film çəkirsə, Azərbaycan üç film çəkməlidir. Öz həqiqətlərini bu filmlər vasitəsi ilə gənc nəsillərə, eləcədə dünya ictimaiyyətinə çatdırmalıdır. Çünki bu gün incəsənət müstəvisində də bir müharibə gedir. Qarabağ həqiqətlərinin dünya ictimaiyyəti arasında daha geniş təbliği baxımından həmin filmlərin rus, ingilis dillərində də beynəlxalq arenaya çıxarılması məqsədəuyğun olardı”.

Qeyd edək ki, “Mənim xaçım” adlı filmin çəkilişinə 2014-cü ildən başlanıb. Filmin çəkilişində Ermənistanla yanaşı, əcnəbi şirkətlər də iştirak edib. Filmin rejissoru Şavarş Vardanyan qeyd edib ki, filmdə arxiv materiallarından da istifadə olunacaq. O, Qarabağ müharibəsində jurnalist kimi iştirak etdiyini, 1200 saatlıq arxiv materialına malik olduğunu qeyd edib.

Filmdə olayların necə, hansı rakursdan təqdim ediləcəyi hələ bəlli olmasa da, Ermənistanın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən filmdə Qarabağ müharibəsinin səbəblərinin təhrif ediləcəyi, erməni vəhşiliklərindən, işğal faktından heç bir söhbət açılmayacağı bəllidir. Şübhəsiz ki, erməni rejissorlarının çəkdiyi digər filmlər kimi bu film də Azərbaycana qarşı incəsənət və təbliğati müstəbidə gerçəkləşdirilən böhtan kampaniyasının növbəti halqasını təşkil edəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı