“Bu ad mənə bu sevgiyə görə verildi” - Röya | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


“Bu ad mənə bu sevgiyə görə verildi” - Röya

Mədəniyyət A- A A+

“Allah hamını arzusuna çatdırsın, bizi sevindirdiyi kimi sizi də sevindirsin. Bu illər rəzində məni səhv və düzümlə dəstəkləyən bütün media dostlarım, yanımda çalışan insanlara, məni mən edən, mahnılarımla ağlayan, gülən, sevinən, hər kəsə təşəkkür edirəm”.

Eurasia Diary xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında "Xalq artisti" fəxri adı alan Röya Nəcəfova deyib.

"Bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçıımıza, Mehriban xanıma təşəkkür edirəm. Ailəmi, valideynlərimi sevindirdiklərinə görə minnətdaram.

Bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm, hamımızın gözü aydın olsun. Allah heç kəsin əziyyətini yerində qoymasın", - deyə ifaçı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...