Dövlət tədbirində QALMAQAL: “Sizə ar olsun! - Afaq Bəşirqızı konfransı tərk etdi - VİDEO | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Dövlət tədbirində QALMAQAL: “Sizə ar olsun! - Afaq Bəşirqızı konfransı tərk etdi - VİDEO

Mədəniyyət A- A A+

Bu gün Bakıda Teatr Xadimləri İttifaqının 14-cü konfransı keçirilib.

Eurasia Diary Redaktor.az-a istinadən xəbər verir ki, tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq artisti Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk edib. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid edib:

“Bu ittifaqı vaxtında kişilər yaradıb. O kişilərin əvəzində işi görənlərə deyirəm ki, sizə ar olsun! Teatr Xadimləri İttifaqının konsepsiyası məlum deyil, cəmiyyətlə ayaqlaşmır. Onların nəyə xidmət etdiyini başa düşə bilmirəm.

Biz Gürcüstandan 20 manata ayaqqabı alıb, sənətçinin ayağına geyindiririk. Hanı bizim gözəl pinəçilərimiz, qrim ustalarımız?! Hanı Teatr Xadimləri İttifaqının rəhbərliyi?! Hanı kişilərin qoyub getdiyi miras?!".

Daha ətraflı videodan izləyin:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...