Türkistanda Azərbaycanın Bayraq günü qeyd olunub.
Eurasia Diary xəbər verir ki, 12 noyabr 2019-cu il tarixində Qazaxıstanın Türkistan şəhərində yerləşən Əhməd Yasevi Universitetində Azərbaycanın Bayraq və Konstitusiya günü qeyd edilib.
Tədbirin açılışı Azərbaycan himni ilə başlayıb, milli musiqilərimiz və milli rəqslərimizin fonunda davam edib.
Qeyd edək ki, tədbir Əhməd Yasevi Universitetində oxuyan Azərbaycan və Türkiyədən olan tələbələrin təşkilatçılığı ilə baş tutub.