Zamanın donduğu an Rəsm sərgisi

Mədəniyyət 18:33 26.02.2020

Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyası muzeyində "Zamanın donduğu an" adlı Xocalı soyqırımı faciəsinin 28-ci il dönümü münasibəti ilə rəsm sərgisi keçirilib.

Sərgidə iştirak edən  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Həsən oğlu Eldarov Eurasia Diary-ə açıqlama verib: Xocalı soyqırımı bəşər tarixinin ən faciəli hadisələrindən biri olduğunu söyləyib.

 

“Əli silahlı insanlardan qaçmaq istəyən uşaqları, qoca kişi və qadınları güllələmək nə deməkdir? Mən tarixdə belə bir hadisənin şahidi olmamışdım. Hadisənin özü qorxulu, insanlıqdan uzaq hadisədir. Sərginin özünə gəldikdə isə, müəlliflər əsərlərə ürəyini qoyublar, bu faciəni hiss edərək, təsvir ediblər. Bizim tələbələr  çox istedadlıdırlar, xüsusilə mövzunu yaşayaraq, çox yaxşı iş ortaya qoyublar. Onların bu səmimiyyəti peşəkar şəkildə çatdıra biliblər" deyə rektor bildirib.

Sərginin təşkilatçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin müəllimi Fərəh xanım Əmirovadır.

F.Əmirova sərginin əsas mahiyyətindən söz açıb. O, bildirib ki, bu sərginin ərsəyə gəlməsi üçün həm kollec tələbələri həm də akademiya tələbələrinin rəsm, mozaik, əl işləri, heykəllər və dizayner işləri sərgilənib.

"Xocalı soyqırımı bəşəriyyətin qan yaddaşıdır. Burada yüzlərlə həm vətənlərimiz amansızcasına qətlə yetirilib, əsir götürülüb. Əsirlikdə olan qız gəlinlərimizin, uşaqlarımızın taleyi hələ də naməlumdur. Bizlər bir olub, yumruq kimi birləşib, səsimizi hər kəsə duyurmalıyıq. Hər kəs dinindən, irqindən  asılı olmayaraq, hər bir insan Xocalı soyqırımını tanımalı və onun haqqında məlumat əldə etməlidir. Xocalı faciəsi zamanı zaman hər kəsin gözündə donub. Baxmayaraq ki, burada rəsm əsərləri sərgilənən tələbələrin yaşları həmin hadisələrdən kiçikdir amma tələbələr həmin günün ağrılarını bütün ruhlarıyla hiss ediblər. Sərgilənən rəsmlərin hər birinin özünə məxsus adları var. "Qisasın göz yaşları"," Xocalı soyqırımını unutmadıq, unutdurmarıq", "Cəmiyyət qadınla tamamlanır", "Buxovlanmış insanlar", "Mələk" və s. Bu sərgi üçün hər bir nüansı araşdırmışıq. Çünki burada talelər var. Nakam həyatların acısı bizlərərin qəlb yanğısıdır".

Sərgidə nümayiş olunan rəsm əsərlərinin müəllifləri öz fikirlərini bizlərlə bölüşdülər

Əlizadə Fidan 4-cü kurs tələbəsi (dizayner)

Rəsm əsərim  "Çarəsiz həyat" adlanır. Burada İslam və Xristian dinin birgə təzadı vurğulanıb. Dinindən asılı olmayaraq, hər kəs azad yaşamaq istəyir. Körpə qucağında olan qadın isə əsirlikdə övlad dünyaya gətirən anadır. Rəsmdə açılan qapı ümid qapısıdır. Qarabağ sakinlərinin ümid qapısıdır. Hər bir azərbaycanlı öz qan yaddaşını unutmamalı və gələcək nəsillərə ötürməlidir.

 

Ağayeva Günay 2-ci kurs tələbəsi (rəssam)

Rəsm əsərim "Xocalını unutmadıq, unutdurmarıq" adlanır. Burada insanların gözlərində vətən həsrəti, nakamlıq və məhv olunmuş talelər əks olunur. "Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil bütün cahanın fəciəsidir. Biz gənclər Xocalı soyqırımını unutmayacayıq. Və unutdurmağa imkan verməyəcəyik".

Eurasia Diary sərgidə nümayiş olunan şəkilləri sizlərə təqdim edir

Günel Ağayeva

 

 

 

 

 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı