İstanbulda yaşayan azərbaycanlı rejissor

Mədəniyyət 17:56 10.03.2020

Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır...

Qəribə davranışı, özəl mədəniyyəti, nadir təfəkkürü ilə seçilir. “Allah” sözü dilindən düşmür. Tez-tez söylədiyi “şükür” kəlməsi hər dəfə eşitdiyimiz bayağı “şükür”lərdən çox fərqlənir. Ürəkdən gəldiyi, təbii olduğu, İlahi eşqdən qaynaqlandığı gözləridən görünür. Niyyəti o qədər gözəldir ki, əməllərində öz əksini tapıb...

...Atası Namiq Axundov indiki Bakı Musiqi Akademiyasını bitirib. Lənkəran 1 nömrəli Musiqi məktəbinin yaradıcılarından biri idi. 1986-cı ildə vəfat edənədək, otuz ilə yaxın həmin məktəbdə tar müəllimi işləyib. Anası Tamella xanım ixtisasca mühasib olsa da, daha çox bədii yaradıcılıqla məşğul olub, şeir yazıb. Hazırda 71 yaşı var...

Haqqında söhbət açdığım Natiq Axund 1975-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini həmin şəhərdə başa vurub. 1994-cü ildə Lənkəran Dövlət Universitetinə qəbul olunub. 1998-ci ildə oranı bitirərək tarix müəllimi ixtisasına yiyələnib. Sonra dörd il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsində təhsilini davam etdirib. Kinorejissor Eldar Quliyevin tələbəsi olub.
Lənkəranda tələbə ikən ölkədə tanınmış şən və hazırcavablar klubu, "Lumu" komandasına bir müddət kapitanlıq edib. 1998-ci ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə təcrübəsi var. Bu illər ərzində rəhbəri olduğu şirkətin istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüsser, aktyor kimi fəaliyyət göstərib. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olub, diplom və mükafatlara layiq görülüb. 2018-ci ilin fevralından İstanbulda yaşayır...

…Natiqin üç övaladı var. Böyük qızı Rüqayyə 11, oğlu Əbülfəz 9, ikinci qızı Əsmənur 7 yaşındadırlar…

Deyir ki,- “Yalana nifrət edirəm. Riyakar adamlar gözümün düşmənidir, çalışıram ki, onlardan uzaq olum. Heyif ki, onlar günbəgün çoxalırlar. Hər yerdə, hər kollektivdə onlara rast gəlmək olur”…

Harada qərar tutmasından, millətindən asılı olmayaraq ən yaxşı insanlar sülhü təbliğ edən, xeyirxah olmağı aşılayan, bəşəriyyəti Tanrı buyurduğu kimi yaşamağa səsləyən kəslərdir. Bəli, Türkiyədə yaşayıb yaradan rejissor Natiq Axund məhz belə insanlardandır. Onun ərsəyə gətirdiyi hər bir qısametrajlı filim ibrət dərsi, haqqa-ədalətə, insanlığa çağırışdır. Bu filmlərin milyonlarla tamaşaçısı var. Onun “Ramazan payı” filmi bir neçə dilə tərcümə olunaraq müxtəlif ölkələrdə nümaiş etdirilib. Ümumiyyətlə Natiqin təqdim etdiyi qısametrajlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun ərsəyə gətirdiyi ibrətamiz filmlər bu gün Türkiyə televiziya məkanında davamlı olaraq yayımlanır. Bundan əlavə həmin filmlər “YouTube”-nin “Natik Ahunt” və eləcə də “Facebook”-un “Natiq Axund” səhifələrində də yerləşdirilib...

Bütün yaradıcı insanlar kimi, o da təkliyi xoşlayır. Bədii kitabları mütaliə etməkdən yorulmur. Teatr tamaşalarından zövq alır. Öz üzərində işləməyi bacarır. İnkişaf etmək, daha böyük işlər görmək onun başlıca amalıdır. Azərbaycanı çox sevir. “Türklər qardaş xalq olsalar da, bizi yaxşı tanısalar da çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim. Çünki azərbaycanlılar türk xalqları arasında istedadı, uğurları ilə həmişə öndə olublar”- söyləyir...

Elman Eldaroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı