Prezidentdən sərəncam - Müslüm Maqomayevin abidəsi ucaldılacaq | Eurasia Diary - ednews.net

9 Aprel, Cümə axşamı


Prezidentdən sərəncam - Müslüm Maqomayevin abidəsi ucaldılacaq

Mədəniyyət A- A A+

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

"EDNews"un xəbərinə görə, sərəncamda deyilir:

Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...