Aprel döyüşlərindən bəhs edən serial yayımlayacaq - VİDEO | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Aprel döyüşlərindən bəhs edən serial yayımlayacaq - VİDEO

Mədəniyyət A- A A+

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

İTV-dən EDNews-a bildirilib ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. 

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...