Afaq Bəşirqızının sözünü şişirdirlər.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Rasim Balayev Afaq Bəşirqızının məlum açıqlamasına reaksiyaları dəyərləndirərkən deyib.
R.Balayev qeyd edib ki, A.Bəşirqızı qeyri-rəsmi nikahdan, təsadüfi əlaqələrdən övlad dünyaya gətirib böyütmək imkanı olmayanları nəzərdə tutub:
“İnsanlar da onun sözünü başqa cür qəbul edirlər. Axı, Afaq Bəşirqızı o mənada deməyib. Yəni, hər gün televiziyaya çıxanlar var, görürsən ki, təsadüfi münasibətdən uşaq doğub, uşağın atası atıb gedib, ana baxa bilmir, kömək istəyir. O da bu cür problemə diqqət çəkmək istəyib”.
Xalq artisti bildirib ki, ciddi problemləri bir qırağa qoyaraq bu məsələni “acı bağırsaq” kimi uzatmaq lazım deyil.
Qeyd edək ki, A.Bəşirqızının “Azadlıq” radiosunun efirində sələndirdiyi fikirlər böyük qalmaqala səbəb olub.