Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə "Eurovision”u qəbul etməyə səs veriblər.
EDNews.net bildirir ki, müsabiqənin əvvəlcədən nəzərdə tutulduğu kimi "Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.
Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.