“Oskar”da İLK - Müsabiqə bu filmlər arasında olacaq | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə axşamı


“Oskar”da İLK - Müsabiqə bu filmlər arasında olacaq

Mədəniyyət A- A A+

Nüfuzlu “Oscar” film mükafatının təşkilatçıları koronavirus epidemiyası səbəbindən seçim qaydalarını dəyişdirməyə qərar veriblər.

Belə ki, ilk dəfə olaraq kinoteatrlarda deyil, onlayn nümayiş olunan filmlər müsabiqəyə buraxılacaq.

“RİA Novosti”nin məlumatına görə, təşkilatın bununla bağlı açıqlamasında bildirilir ki, müvafiq qaydalar kinoteatrlar açılana qədər qüvvədə olacaq.

Bu məqsədlə film internetdə yayımlandığı gündən etibarən iki ay ərzində xüsusi etibarlı saytda izləmək üçün akademiya üzvlərinə təqdim edilməlidir. Həmçinin, film bütün digər seçim tələblərinə cavab verməlidir.

Qeyd edək ki, koronavirus səbəbindən Kaliforniyanın Los-Anceles dairəsindəki kinoteatrlar martın 16-da bağlanıb. Filmlərin məhz bu bölgənin kinoteatrlarında nümayiş olunması “Oskar”da iştirak üçün vacib şərtlərdən biridir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...