AİDA QASIMOVA-ƏRƏB ƏDƏBİYYATI V –XIII ƏSRLƏR

Mədəniyyət 14:22 11.05.2020

Kitabda ərəb ədəbiyyatının son antik (Cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunub. Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınıb,ədəbi proseslərə təsir etmiş ictimai-siyasi və ümumi mədəni durum öyrənilib.Səkkiz əsrlik bir dövrün ümumi mədəni və mənəvi mənzərəsini tam əks etdirmək üçün ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara da xüsusi diqqət yetirilib.Dərslikdə daim tədris edilən ənənəvi mövzularla yanaşı,indiyədək diqqətdən yayınan bəhslər və Mudrik əş-Şeybani, ibn Danyal, ibn Şərəf əl-Qayravani, ibn Sərrac,Ziryab kimi müəlliflər də yer alıb. Kitabda tədqiqata az cəlb olunan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə də oçerklər verilib.Ədəbiyyat tarixi ilə yanaşı,ədəbi tənqid və poetikaməsələlərinə, o cümlədən ərəb kalliqrafiyasına bölmələr həsr olunub.

MÜƏLLİFDƏN

Bakı Dövlət Universitetində 30 ildən artıq bir müddətdə tədris etdiyim “Ərəb ədəbiyyatı tarixi” fənninin dərsliyini yazmaq həmişə fikrimdə olmuş, amma bu işin məsuliyyəti və digər proyektlərim belə bir niyyətimin reallaşmasını təxirə salmışdır.2001-ci ildə mərhum professorumuz Malik Mahmudovun Ərəb ədəbiyyatının klassik dövrünü əhatə edən mühazirələrini toplayıb “Klassik ərəb ədəbiyyatı” kitabını nəşr etdirdim.Həmin kitaba öz tərcüməmdə əlli səhifəlik bir müntəxəbat da əlavə etdim.2015-ci ildən etibarən “Ərəb ədəbiyyatı tarixi, V-XIII əsrlər” kitabının ayrı-ayrı bəhslərini aidagasimova.blogspot.com saytında yerləşdirdim.2017-ci ilin yanvarında bu kitabın ilkin nüsxəsini BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında müzakirəyə təqdim etdim.Altı ay kitabım kafedra müəllimlərinin müzakirəsində qaldı.2017-ci ilin iyun ayının 22-də həmin kafedrada kitabım müzakirə olunub çapa məsləhət bilindi.

Bu kitabda ərəb ədəbiyyatının səkkiz əsrlik böyük bir dövrü əks olunub.Kitabda ərəb ədəbiyyatının son antik (Cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunur.Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınır,ədəbi proseslərə təsir etmiş ictimai-siyasi şərait və ümumi mədəni durum öyrənilir.Ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara xüsusi diqqət yetirilir.Bu mənada kitab səkkiz əsrlik bir dövrün ümumi mədəni mənzərəsini əks etdirir.Bu dərslikdə daim tədris edilən ənənəvi mövzularla yanaşı,indiyədək diqqətdən yayınan bəhslər və müəlliflər (məs. Mudrik əş-Şeybani, ibn Danyal,ibn Şərəf əl-Qayravani, ibn Sərrac, Ziryab və başqaları) də öz əksini tapıb.Ədəbiyyatla yanaşı, ədəbi tənqid və poetika məsələlərinə də ayrıca bölmələr həsr olunub.Kitabda indiyədək diqqətdən yayınan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə də oçerklər verilir.
 
Transliterasiya tətbiq edilmədiyindən, kitabda ayrı-ayrı adların yanında mötərizədə ərəb variantlarını verməyi münasib bildim.Tam olmasa da, müəyyən qədər ərəb adlarını ilkin varianta yaxın verməyə çalışmışam.Məsələn, Əbu Nüvas yox, Əbu Nuvas, Həssan ibn Sabit yox, Hassən ibn Səbit, Əbul-Ətahiyə yox, Əbu l-Atəhiyə, Əbu Təmmam yox,Əbu Təmməm, Tərəfə yox, Tarafə və s.İzafətlə verilən bəzi mürəkkəb adlarda ‘əl’ artikli transliterasiyaya müvafiq yazılır, amma qaydadan uzaqlaşaraq, şəmsiyyə hərflərini əks etdirməyi münasib gördüm.“Ayn” hərfini bəzi hallarda ‘ , həmzə işarəsini isə ’ şəklində verməyi münasib bildim. Amma bu işarələr hələ ki, cüzi adlarda tətbiq edilib.
 
Ərəb adlarının dilimizdə ifadəsindəki ən böyük xəta uzunluq bildirən əlifin bir qayda olaraq qalınlaşaraq “a” kimi verilməsidir ki, bu da fars dilinin təsiri ilə yaranıb. Halbuki,ərəb dilində saitlərin qalınlaşmasının öz qaydaları vardır. Bu kitabda həmin qaydalara qismən riayət edilsə də, dilimizdə artıq sabitləşərək möhkəm yer etmiş bir sıra adlarda həmin qaydaya əməl edilmir.Məsələn, Muhamməd yox, Məhəmməd, Ali yox, Əli, Hasən yox Həsən, Məlik yox Malik və. s. Bu adlar dilimizdə işləndiyi şəkildə ifadə olunur.Kitabdakı tərcümələr özümündür. Başqa müəlliflərin tərcüməsini verdikdə,tərcüməçinin adını qeyd etmişəm. Qur’ani Kərimin tərcüməsində Qur’an.az saytındakı tərcümələrdən, ən çox Əlixan Musayevin tərcüməsindən istifadə olunub.
Ərəb şeirlərinin bir çoxu www.adab.com saytından götürülüb.Kitab Bakı Dövlət Universitetinin antiplagiat proqramından keçib.Kitabımın ərsəyə gəlməsində zəhməti olmuş hər kəsə, xüsusilə Nərmin Sultanlıya,Nəsrulla Məmmədova və Kamil Şərifova təşəkkürümü bildirirəm.
 
Aida Qasımova
Bakı Dövlət Universitetinin
Ərəb filologiyası kafedrasının professoru
 
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı