Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib

Mədəniyyət A- A A+

Türkiyədə media sahəsində ən məşhur mükafatlardan olan “İlin media fotosu” müsabiqəsinin qalibi məlum olub.

Türkiyə mediasında verilən məlumata görə, Ermənistanın Gəncəni bombalaması zamanı yaxın qohumunun ölümü xəbərini alan qadının fotosu “İlin media fotosu” mükafatına layiq görülüb.

Fotonu Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Uğur Yıldırım çəkib. Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...