Bu gecə vəfat edən Xalq artisti Arif Quliyev "Qurd qapısı" kimi tanınan Yasamal qəbirstanlığında dəfn olunacaq.
Eurasia Dairy xəbər verir ki, bu gün mərhumla vida mərasimi keçirilib. Mərasimdə sənətkarın yaxınları iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyindən bir neçə gün idi ki, "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu.