Qarabağ zəfəri əcnəbi müğənninin ifasında Maykl Ceksonun bek-vokalçısından əsrarəngiz musiqi

Mədəniyyət 11:29 08.05.2021

Azərbaycanın öz torpaqlarını böyük şücaət göstərərk işğaldan azad edilməsi sadəcə yerli deyil, xarici musiqiçilər üçün də ilham mənbəyi olub. Məşhur amerikan müğənni Della Mayls Azərbaycanın bu zəfərinə mahnı və klip hədiyyə edib.

Eurasia Diary xəbər verir ki, Della Mayls mahnısında Qarabağın ermənilər tərəfindən işğalı və törətdikləri vəhşilikləri musiqi dilində ifadə edib. “Many years ago”(İllər öncə) adlanan mahnının müəllifi türkiyəli yazıçı Turqay Evrendir.

Mahnı Azərbaycan xalqının Qarabağın işğalı ilə barışmaması və işğalla böyüyən uşaqların öz torpaqlarını azad etməsi təsvir edilib.

Klipdə ermənilərin Qarabağda törətdiyi qətliamlardan şəkillər və Azərbaycan xalqının çəkdiyi zülmlər əks olunub. Bunun ardınca müzəffər Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat və Bakı şəhərində keçirilən möhtəşəm Zəfər paradından görüntülər təqdim olunub.

Azərbaycan və Türkiyənin birliyini təcəssüm etdirən bir sıra hadisələr də kilpdə öz əksini tapıb. Azərbaycanda keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin yan-yana dayandığı səmimi anlar və Türkiyə Ordusunun nümayəndələrinin iştirakı klipdə  göstərilib.

Klipin sonunda dövlət başçısı İlham Əliyevin azad edilmiş torpaqlara ziyarətindən qürurverici görüntülər təqdim edilib. Cıdır düzü və azad Şuşa şəhərindən verilən görüntülər həssas notlarla klipi sonlandırıb.

Qeyd edək ki, Della Mayls pop musiqisinin əfsanəsi Maykl Ceksonun və məşhur müğənni Uitni Hyustonun bek-vokalçısı olub.

Musiqiçi ABŞ-da Hyuston şəhərində dünyaya göz açıb. Gənc yaşlarında musiqiyə olan həvəsi onu müğənni olmağa sövq edib. Los-Ancelesdə fəaliyyətə başlayan Mayls bir çox musiqi şirkətlərinin diqqətini cəzb edib.

Pop kralı Mayk Cekson ilə bir səhnəni bölüşən Mayls musiqi dünyasının aparıcı şəxslərindən birinə çevrilib. O, həm də məşhur müğənni Uitni Hyustonun da bek-vokalçısı olub.

2018-ci ildə İslam dinini qəbul edən musiqiçi Türkiyəyə köçərək, orada yaşamağa qərar verib. O, burada Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşərək həyatdakı ən böyük arzularından birini həyata keçirib. Müğənni bu barədə öz Twitter səhfəsində paylaşım edərək sevincini bölüşüb.

Della Mayls öz musiqi hədiyyəsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli xidmət göstərib. Onun tezliklə ölkəmizə səfəri edəcəyi gözlənilir.

Qeyd edək ki, Della Mayls Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Avrasiya Mətbuat Fondunun musiqi elçisi Qoçaq Əsgərovla yaxından dostluq edir. Eyni zamanda sıx əməkdaşlıq edən Mayls və Əsgərov yeni musiqi üzərində çalışırlar.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı