"Xarıbülbül" beynəlxalq musiqi kompozisiyası... - Della Miles Qoçaq Əsgərovla birgə duet oxuyacaq | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

"Xarıbülbül" beynəlxalq musiqi kompozisiyası... - Della Miles Qoçaq Əsgərovla birgə duet oxuyacaq

Mədəniyyət A- A A+
Dünyaca məşhur olan müğənni, Amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə 01-07 avqust 2021-ci il tarixlərində Azərbaycana səfər edəcək.
 
Bu barədə "EDNews"ə Respublikanın Əməkdar Artisti, BAMF-ın Mədəniyyət elçisi Qoçaq Əsgərov məlumat verib.
 
Qoçaq Əsgərov bildirib ki, Della Milesin Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə yerində tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməsidir. “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar Tural Məmmədlidir.
 
Qeyd edək ki, amerikalı müğənninin bir neçə ay öncə Azərbaycanın Qarabağ zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Della Milesin bu səfəri zamanı həmin klipin də təqdimatı planlaşdırılır. 
 
Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Michael Jackson və Whitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hal-hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...