Paris Notr-Dam kilsəsinin restavrasiyası üçün 842,8 milyon ianə toplanıb. Restavrasiya işlərinə məsul olan general Gorgelən artıq tenderlərin irəli sürüldüyünü bildirib. Qeyd edib ki, fransız və xarici donorlar sayəsində toplanılan bu məbləğ kafedral kilsənin gələcəyini inamla təsəvvür etməyə imkan verir.
Hazırda tenderin qalibləri seçilir. Kilsənin restavrasiyası ilə bağlı yekun qiymətləndirmə cari ilin sonunadək ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, kafedral kilsənin restavrasiyası müəyyənləşdirilmiş təqvimə uyğun aparılacaq. Onun açılışı isə 2024-cü ilə nəzərdə tutulur. 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunları zamanı kafedral kilsənin turistləri qəbul edə bilməsi üçün müvəqqəti giriş barədə plan hazırlanacaq və haqqında düşünüləcək.