Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib

Mədəniyyət 19:13 24.11.2021

2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yubileyinin İtaliyada məhz Roma şəhərinin “Villa Borghese” parkında qeyd olunması xüsusi əhəmiyyətə malikdir. 2012-ci ildən etibarən “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi yerləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış bu abidə Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində intensiv əməkdaşlıq da daxil olmaqla yaxın dostluq əlaqələrini təcəssüm etdirir.

EDNews.net xəbər verir ki, yubiley tədbiri çərçivəsində ilk öncə Azərbaycanın İtaliyadakı səfirliyinin heyəti, habelə Romadakı Azərbaycan icmasının bir sıra üzvləri və Azərbaycanın italiyalı dostlarının iştirakı ilə görkəmli mütəfəkkirin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Daha sonra “Villa Borghese” parkında yerləşən məşhur “Casa del Cinema” kinoteatrında bədii-musiqili tədbir keçirilib. Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Roma şəhər Meriyasının Mədəniyyət İdarəsi, “Casa del Cinema” kino evi, habelə “Zetema Progetto Cultura”, “Villa Borghese”, “Luce Cinecittà”, “Rai Cinema”, “01 Rai Cinema SpA” kimi mədəniyyət qurumları da təşkilati dəstək göstərib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və türkoloq, islamşünaslıq elmləri doktoru Federiko De Renzi çıxış ediblər.

Natiqlər 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək dünyanın müxtəlif ölkələrində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini bildiriblər. Dünya şöhrətli mütəfəkkir Nizami Gəncəvinin irsindən bəhs edərək onun XII əsrdə həmin dövrün aparıcı mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın Gəncə şəhərində yaşayıb yaratdığını, Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti inciləri ərsəyə gətirdiyini vurğulayıblar. Habelə bildirilib ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkirin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğu, Nizami Gəncəvinin əsərlərinin dünyanın ən məşhur kitabxana və muzeylərini bəzədiyini və şərq miniatür sənətinin inkişafına təkan verdiyini diqqətə çatdırıblar.

Çıxışlarda Gəncədən bəhs edilərkən, eyni zamanda, ötən ilin payızında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhərdə yaşayış məntəqələrində böyük dağıntılara və çoxsaylı mülki əhalinin tələfatına səbəb olan dəhşətli hücumları da xatırlanıb.

Tədbirdə “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən tərcümə edilərək nəşr olunmuş şərqşünas-alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (“Il Grande Poeta Azerbaigiano Nizami Ganjavi”) kitabının italyan dilinə ilk akademik tərcüməsi də təqdim olunub.

Yubiley tədbiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında 1982-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş Azərbaycanın milli kino tarixində ilk film-balet olan, musiqisi Qara Qarayevə məxsus “Yeddi gözəl” film-baletinin nümayişi ilə davam edib. Nizami Gəncəvinin məşhur poemasının möhtəşəm musiqi dili və valehedici balet səhnələri ilə təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi tədbir yerli mətbuatının geniş diqqət mərkəzində olub. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirdə iştirak edən İtaliyanın müxtəlif KİV nümayəndələrinə müsahibələr verib. Diplomat dahi Azərbaycan şairinin yubiley tədbirinin əhəmiyyəti barədə danışmaqla yanaşı, 8 noyabr tarixində Zəfər Günü münasibətilə Romada keçirilmiş “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” tədbirinin əhəmiyyəti haqqında jurnalistlərin sualını da cavablandırıb.

Nizami Gəncəvinin yubiley tədbiri haqqında reportajlar, dahi şairin irsinə dair məqalələr, səfir M.Əhmədzadənin müsahibələri “Retesole”, “Askanews”, “il Sole 24 Ore”, “Virgilio”, “Quotidiano”, “il Tempo”, “Libero Quotidiano”, “Affari Italiani”, “Notizie Yahoo”, “Cultura Tiscali”, “il Giornale d'Italia”, “MSN”, “Vistosulweb”, “Timgate”, “Today”, “Dailymotion”, “Corriere di Rieti”, “Corriere dell'Umbira”, “Correre di Arezzo”, “Corriere di Viterbo”, “Insideover”, “Kmetro0”, “Giornale Diplomatico”, “Agenzia Nova” və sair kimi İtaliyanın televiziya, xəbər agentlikləri, qəzetləri, xəbər portallarında yayılıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı