“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib

Mədəniyyət A- A A+

Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.

EDNews.net TASS-a istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.

V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.

1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...