Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilib

Mədəniyyət 10:32 11.12.2021

2021-ci il dekabrın 9-10-da Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilmişdir. Konfransda dünyanın bir sıra ölkələrindən - Misir, Banqladeş, Əfqanıstan, Seneqal, Rusiya, Gürcüstan, İran və digər ölkələrdən Nizami irsinin tədqiqatçıları iştirak etmişlər. Açılış nitqi ilə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı böyük söz ustadının əsərlərində təcəssüm olunmuş elmi-fəlsəfi, tarixi-coğrafi, bədii-estetik məqamlara diqqət çəkmiş, dünya nizamişünaslığında həllini gözləyən problemlərdən bəhs etmişdir. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Nizami yaradıcılığının araşdırılmasında ortaya dəyərli elmi tədqiqatlar qoyan konfrans iştirakçılarına öz təşəkkürünü bildirmiş, konfransın işinə uğurlar arzulamışdır.

Plenar iclasda çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ali Pourmarjan Nizami Gəncəvi irsini hikmət, əxlaq, mənəviyyat xəzinəsi adlandıraraq, sözlərindəki təravət və yeniliyin heç zaman sönməyəcəyini vurğuladı. Misir Ain Şəms Universitetinin professoru Şirinxanım Abdelnaem Hasanin atası Dr. Əbd əl-Nəim Həsəneynin 1951-ci ildə yazdığı “Nizami Gəncəvi: dövrü, mühiti və poeziyası” adlı elmi işi ilə şərqşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığına diqqət çəkmiş, özünün də Nizaminin qəhrəmanı Şirinin şərəfinə adlandırıldığını qeyd etmişdir. Professor Şirinxanım atasının yolunu davam etdirərək, bütün elmi fəaliyyətini nizamişünaslığa həsr etdiyini vurğulamışdır. Sonra dəvətli məruzəçilərdən professor Ahmed - Kader el Shazli (Misir), professor Mustafa İsen (Türkiyə), Dr. Firuz Fevzi (Əfqanıstan), Alireza Qiyaməti (İran) Nizami Gəncəvinin Azərbaycanın övladı olduğunu, onun təkcə türk, ərəb və fars mədəniyyətinə məxsus mütəfəkkir deyil, bir dünya şairi olduğu düşüncəsini önə çəkmişlər.

Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. Konfransda, həmçinin, Azərbaycanın tanınmış xalçaçı rəssamı, Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müəllimi Afaq Kərimovanın Nizami Gəncəviyə həsr olunmuş sənət əsərləri nümayiş olunmuşdur.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı