“Azərbaycan musiqi inciləri” adlı kitab nəşr olunub - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Azərbaycan musiqi inciləri” adlı kitab nəşr olunub

Mədəniyyət A- A A+

“Azərbaycan musiqi inciləri” – “Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.

Azərbaycan Diasporuna Dəstək Fondundan EDNews.net-ə verilən məlumata görə, fondun maliyyə dəstəyi ilə ərsəyə gələn bu kitabın çap olunmasının əsas məqsədi Azərbaycan bəstəkarlarının musiqisini xaricdə tanıtmaq, onları digər ölkə ifaçılarının repertuarına daxil etmək üçün təbliğ etməkdir. Burada piano, nəfəsli alətlər və vokal ifa üçün nəzərdə tutulmuş bir sıra əsərlər yer alıb.

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Aqşın Əlizadə kimi dəyərli Azərbaycan bəstəkarlarının əsərlərini özündə cəmləşdirən bu kitabın maraqlı cəhəti hər əsərdən əvvəl müəllif və onun bəstəsi haqqında, eyni zamanda Azərbaycan musiqi mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında kiçik məlumatın verilməsidir.

Vurğulanacaq digər əsas məqam mətnlərin ingilis dilində tərtib olunmasıdır. Mətn dilinin bu qaydada seçilməsi tanıtım dairələrinin daha da geniş olmasına imkan yaratmış olacaq.

Təqdim olunan layihənin rəhbəri - Türkiyədə yaşayan musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Kitabın dizaynı Kamran Nəcəfova, əsərlərin kompyüter yığımı Yavər Nemətliyə aiddir.

“Azərbaycan musiqi inciləri” Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəçiliyi ilə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən musiqi təmayüllü təhsil müəssisələrinə və kitabxanalara hədiyyə ediləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...