Rusiyanın məşhur aktyoru vəfat edib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Rusiyanın məşhur aktyoru vəfat edib

Mədəniyyət A- A A+

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

Ednews xəbər verir ki, bu barədə teatrın Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda “1001-ci qastrol!, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm... bağışla” filmlərində maraqlı obrazlar yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...