AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Aydın Müstəcəb oğlu Abiyev dünyasını dəyişib.
Ednews xəbər verir ki, o, 83 yaşında vəfat edib.
Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirib.
A.Abiyev əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. O, 1978-1981-ci illərdə Türkiyə Respublikasında tərcüməçi kimi çalışıb. 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində işləyib.
Bundan başqa Aydın Abiyev BDU, ADMJU, ADJU-da Türk dili və ədəbiyyatı üzrə pedoqoju fəaliyyətlə məşğul olub.