İşğaldan azad edilmiş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması ilə bağlı sökülməsi qadağan olunan abidələrin müvafiq siyahısı hazırlanır.
Ednews.net APA-ya istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması və Bərpası Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, abidələrin ümumi vəziyyəti barədə rəy də dövlət xidməti tərəfindən hazırlanmaqdadır.
Siyahı yekunlaşdıqdan sonra mətbuata təqdim ediləcək.