Fərid Şəfiyevin yeni kitabının təqdimatı olub - FOTOLAR - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Fərid Şəfiyevin yeni kitabının təqdimatı olub - FOTOLAR

Mədəniyyət A- A A+

Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə" adlı kitabının təqdimatı olub.

Ednews xəbər verir ki, tədbirdə çıxış edən Fərid Şəfiyev kitabda yer alan məsələlərdən söz açıb, universitetin Tarix fakültəsinin tələbələrinin suallarını cavablandırıb.

Müəllif kitabı valideynlərinin və məcburi köçürmələr, deportasiya və sürgünlər zamanı həlak olanların, o cümlədən 1937-ci ildə tutularaq Sibirə sürgün edilən və naməlum yerdə vəfat edən ulu babası Novruz Şəfiyevin xatirəsinə həsr edib.

6 fəsildən ibarət kitabda Cənubi Qafqazın Rusiya tərəfindən istila edilməsi, İlk imperatorluq layihələri: xarici köçkünlər və ermənilər, rusların köçürülməsi, Yerli əhali və köçkünlər arasında rus idarəçiliyi fonunda münaqişələr, Sovet əhalisinin idarə edilməsi və deportasiyalar və Sovet İttifaqının İkinci dünya müharibəsindən sonra Cənubi Qafqazda köçürmə layihələri mövzusu üzrə real faktlara söykənən məsələlər yer alıb.

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...