Rəşid Behbudovun Rəşidin müəmmalı ölümündəki gizlinlər

Mədəniyyət 17:59 09.06.2022
Bu gün korifey müğənni, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in xalq artisti, Gürcüstan SSR-in əməkdar incəsənət xadimi Rəşid Behbudovun anım günüdür.
 
1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib. 
 
Müğənninin ölümü ilə bağlı indiyədək bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir. 
 
Xalq artisti Bilal Əliyev müsahibələrinin birində bildirib ki, Rəşid Behbudovla birgə Hindistan səfərindən Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi olub: “O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Bundan sonra Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır”. 
 
İllər öncə dahi sənətkarın qızı Əməkdar artist Rəşidə Behbudova müsahibəsində “Həqiqətənmi Rəşid Behbudovu qətl etdilər” sualına belə cavab verib:
 
“Azərbaycanda məlum hadisələr, Sumqayıtda provokasiya məqsədilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu.
 
Həmin görüşə atam gecikmişdi. Qorbaçov atama "O, Rəşid" deyə müraciət etdi. Onun atama "sən" deməsi onu təəccübləndirdi. Etiket qaydalarına əməl etmək lazım idi. Dövlət Mahnı Teatrı haqda soruşdu, atam cavab verdi.
 
“Şəhərimdə tanklar dayanıb” deyə, atam söyləyib. Qorbaçov "Axı bunlar bizim tankdır" deyib. “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür" deyə, atam söylədi. Orada atamla Qorbaçov arasında gərginlik oldu.
 
 Atam “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək” əlavə etdi.
 
 Atam əlini masaya çırpıb, üzünü çevirib gedib. Evə gəlib anama dedi ki, “Ay arvad, məni aparacaqlar”. Ona görə də atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu anamı buraxmadıqları palataya salmışdılar.
 
Heç yerdə bu yoxdu, yaxınlar xəstənin yanına buraxılır. Qohumlara təzyiq edirdilər. Atam qışqırırdı, anam deyirdi nə baş verir? Atam iyunun 8-dən 9-na keçən gecə saat 4-də rəhmətə getmişdi. Anama bunu günorta saat 12-də dedilər. Bizə gizli kasetləri də vermədilər. Orada Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Yalandan dedilər ki, atam özü kiməsə verib. Amma kimə bilinmir”.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı