Milli Müdafiə Universitetinə rektor təyin olunub - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Milli Müdafiə Universitetinə rektor təyin olunub

Mədəniyyət A- A A+

 

Milli Müdafiə Universitetinə rektor təyinatı olub.

Ednews xəbərinə görə, professor, general-leytenant Heydər Piriyev universitetə rektor təyin edilib.

Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək yeni yaradılan Milli Müdafiə Universitetinin rektor əvəzi kimi çalışıb.

O, bundan əvvəl Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...