Bu gün Azərbaycan Jurnalistlərinin VIII Qurultayı keçirilir

Mədəniyyət 09:30 24.09.2022
Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 6 sentyabr 2022-ci il tarixli iclasında nizamnamə tələblərinə uyğun olaraq, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII Qurultayının keçirilməsi qərara alınmışdır. Ötən günlərdə Təşkilat Komitəsinin rəhbərliyi ilə jurnalistlərin ali məclisinin keçirilməsinə hazırlıq proseduru nizamnaməyə əsasən gerçəkləşdirilmişdir. Bu gün Beynəlxalq Muğam Mərkəzində qurultay öz fəaliyyətinə başlayır.
 
Azərbaycan Jurnalistlərinin 2018-ci ildə keçirilmiş sonuncu qurul­tayında indiki dövrdə ölkə mediasının çağdaş aləmin çağırışlarını çevik və səmərəli şəkildə cavablandırması üçün aparılan islahatın hədəf və mahiyyəti barədə fəal diskussiya aparılmış, xalqın söz azadlığına ver­diyi misilsiz önəmi, jurnalistikamızın “dördüncü hakimiyyət” statusunun səmərəli surətdə gerçəkləşdirilməsi ilə bağlı ölkə auditoriyasının növbəti gözləntiləri əsas götürülmüşdü. Bildirilmişdi ki, tarixən dövlət müstəqilliyimizin bərpasında aparıcı rol oynamış jurnalistikamız suve­renlyimizin möhkəmləndirilməsi və dönməz edilməsi uğrunda ümum­xalq mübarizəsində də informasiya təminatçısı və təşviqedici vasitə kimi cəmiyyətin qurucu gücünü toparlayır və yönləndirir.
 
Azərbaycan Jurnalistlərinin VIII Qurultayında əvvəlki ali məclisin müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Mətbuat Şurasının rəhbər və icra strukturlarının hesbatları dinləniləcək və yeni tərkib formalaşdırılacaq. Məclisdə AMŞ-yə üzvlüyünü da­vam etdirən 140 media qurumunun gündəlik qəzet və infoprmasiya agentliklərindən 2, digər redaksiya və jurnalist təşkilatlardan 1 təmsilçi iştirak edir.
 
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibinə üzv təşkilatlarların təklif etdikləri 46 namizədin adı daxil edilib. Xatırladaq ki, qurultayda AMŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurası sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcək.
 
Qurultayın işini işıqlandırmaq üçün ölkə telekanallarının 3, gündəlik qəzetlər və informasiya agentliklərinin 2, digər informasiya resurslarının isə 1 nümayəndəsinin məclisdə iştirakı təmin edilib.
 
Media ictimaiyyətinin qurultaydan gözləntiləri nədən ibarətdir? Bu sualın cavabında qurultay nümayədələrinin jurnalistlərin növbəti ali məclisi ilə bağlı mülahizələrini təqdim edirik:
 
Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü:
 
– Müstəqillik illərində ölkəmizdə müxtəlif jurnalistika qurumları yara­dılmış, onların sayı 30-u ötmüşdür. Ölkəmizin Avropa Şurasına qəbulu ilə bağlı mətbuatın dövlət idarəçiliyindən imtina edərək özünütənzimləmə və özünüidarə mexanizminə keçməsi tələbi aktuallaşmışdır. Bu zaman praktik mətbuat qurumları ilə yanaşı, eyni zamanda, müxtəlif jurnalist yaradıcılıq qurumlarının vahid bir platformada birləşməsi də zəruriləşmişdir. Bu tələbdən 2003-cü ilin martında çağırılan Azərbaycan Jurnalistlərinin I qurultayında idarə heyətində Azərbaycanın aparıcı informasiya redaksiyalarının və jur­nalist təşkilatlarının təmsil olunduğu Azərbaycan Mətbuat Şurası formalaş­dırılmışdır.
 
Demokratik cəmiyyətdə Azərbaycan mediasının özünütənzimləmə və özünüidarəetmə qurumu kimi yara­dılmış və 20 ildir ki, uğurla fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası da KİV shəsində aparılan islahat­ların düzgün və səmərəli surətdə gerçəkləşdirilməsində fəal iştirak edir. Azərbaycan Mətbuat Şurası 8-ci dəfədir ki, ölkə jurnalistlərinin ali məclislərini təşkil edib keçirir və me­dia məkanında ictimai özünüidarəni uğurla gerçəkləşdirilir. Əlavə edək ki, postsovet məkanında ilk dəfə Azərbaycanda formalaşdırılan Azərbaycan mətbuat Şurasının fəaliyyətini Avropa Şurası keçmiş sovet respublikaları üçün model nümunə kimi tövsiyə etmişdir.
 
Bu gün, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirildiyi gündə 2003-cü ildə keçirilmiş Mətbuat Şu­rasının təsis qurultayını xatırlayıram. O vaxt Azərbaycan mediası üçün yeni olan bir qurumun – Azərbaycan Mətbuat Şurasının yaradılmasıni həm jurnlaistlər, həm də ölkə ictimaiyyəti böyük maraqla qarşılamışdı.
 
Ümumiyyətlə, jurnalsitlərin qu­rultayı həmişə ölkə ictimaiyyətinin diqqətində olub. Bugünkü növbəti VIII qurultaydan da cəmiyyətin gözləntisi böyükdür. Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilməklə bağlı neçə gündən bəri jurnalistlər arasında ciddi müzakirə və rəqabət gedir. Təkcə bu faktın özü qurultayın nə qədər böyük önəm kəsb etdiyinin göstəricisidir.
 
Azərbaycan Mətbuat Şurası mətbuatın özünütənzimləmə qurumu kimi fəaliyyət göstərdiyi müddətdə məmurlarla jurnalistlər, ayrı-ayrı qurumlarla media arasında yaranan müxtəlif səpkili problemlərin həllində, eləcə də ölkəmizdə medianın inkişafı prosesində mühüm rolu olub. Arzu edirəm ki, bu qurultayda seçiləcək yeni İdərə Heyəti də Mətbuat Şurasının genişlənən informasiya məkanına daha sıx inteqrasiya etməsi prosesinə, eləcə də şuranın mətbuatın özünüidarəetmə quru­mu kimi ortaya çıxan problemlərin həllində əhəmiyyətli rol oynamasına öz töfhələrini verəcəklər.
 
Azərbaycan jurnalistlərinin ali məclisi media islahatlarına yeni yön və məzmun vermək üçün keçirilir. Qurultayın işinə uğurlar arzulayır, Mətbuat Şurasının yeni seçiləcək İdarə Heyətinin səmərəli fəaliyyət göstərəcəyinə inandığımızı bildiririk. İnanırıq ki, ölkə jurnalistlərinin növbəti ali məclisində müzakirə ediləcək önəmli məsələlər və qəbul ediləcək qərarlar milli jurnalistikamızın qarşı­dakı dövrdə uğurlu fəaliyyətini təmin edəcək.
 
Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti:
 
– Mətbuat Şurasının qurul­tayından cəmiyyətimizin böyük gözləntisi var. Dövlətimiz, xüsusən də Prezident İlham Əliyev həmişə mediaya çox ciddi önəm verib. Bu səbəbdən zaman-zaman Azərbaycan mətbuatına həm maddi, həm də mənəvi dəstək göstərilib. Əvvəllər mətbuata, son illərdə isə elektron me­diaya müxtəlif layihələr çərçivəsində maddi yardımlar edilir. Azərbaycan Mətbuat Şurası bu proseslərin çevrəsində olub. Ona görə də Mətbuat Şurasının fəaliyyətinə, xüsusən onun qurultaylarına həmişə cəmiyyətdə bir maraq olub.
 
Bu səbədən də son günlər cəmiyyətdə ən aktual mövzulardan biri də məhz Mətbuat Şurasının qurultayının keçirilməsidir. Bu məsələ cəmiyyətin diqqətindədir. Çünki hazırda Azərbaycanda Mətbuat Şurası qədər bütün jurnalistləri öz ətrafında birləşdirən ikinci bir böyük qurum yoxdur. İki həftə idi ki, bütün media məkanı, vətəndaş cəmiyyəti bu məsələ ilə bağlı geniş müzakirələr aparırdı.
 
Cəmiyyət bu qurultaydan çox şey gözləyir. Xalqımız üçün çox həssas bir dönəmdə – Azərbaycan torpaq­larının azad olunmasından sonrakı irimiqyaslı bərpa-quruculuq və sülh axtarışı prosesinin getdiyi bir vaxtda media həyatımızda böyük önəm da­şıyır. Qurultayda media və cəmiyyət münasibətlərinin çağdaş durumu ilə bağlı sualların cavabı tapılacaq.
 
Azərbaycanda peşəkar və dün­yaya çıxacaq jurnalistikanın, dünya dillərində danışa biləcək medianın formalaşmasında Mətbuat Şurasının bundan sonra da önəmli rolu ola­caq. Məclisdə Azərbaycan Mətbuat Şurasının idarə heyətinə yeni üzvlər seçiləcək. Bu seçimin nəticəsi mətbuatın inkişafına öz köməyini artırmalıdır. Qurultayda ən layiqli namizədlərə səs verilməlidir. Hər kəsə uğurlar arzulayıram!
 
Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru:
 
– 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı əsasında mətbuatın üzərindən senzuranın götürülməsi müstəqil mətbuatımızın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin 12 yan­var 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində is­lahatların dərinləşdirilməsi haqqında” Fərmanı milli jurnalistikamızın inkişa­fını yeni yüksək səviyyəyə qaldırdı.
 
15 mart 2003-cü ildə isə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycanda medianın özünü tənzimləməsini həyata keçirən yeni qurum – Mətbuat Şurası yara­dıldı. Jurnalist peşəkarlığının artırıl­masında da Mətbuat Şurasının atdığı addımlar səmərəli və təsirli olmuşdur. Bu qurumun çağırışlarında daim yer alan mühüm məqam budur ki, me­dianın əsas prinsipləri unudulmasın. Mətbuat Şurasının ötən dövr ərzində üzərinə düşən missiyanı necə yerinə yetirdiyi bu günlər media ictimaiyyəti tərəfindən geniş müzakirə olunmaq­dadır.
 
Qurultaydan gözləntilərə gəldikdə isə jurnalistlərin bu ali məclisində Mətbuat Şurasının yeni idarə heyətinin necə müəyyən ediləcəyi önəmlidir. Öncədən seçiləcək yeni tərkibə uğurlar arzulayıram. Seçiləcək yeni rəhbərlik dövrün reallıqlarına söykənərək Azərbaycan mətbuatının daha da inkişaf etməsinə öz töhfəsini vermək üçün bütün qüvvə və bacarı­ğını səfərbər etməlidir.
 
Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru:
 
– Mətbuat Şurasının VIII Qurultayı ölkənin media sektorunda həyata keçirilən islahatların tərkib hissəsidir. Məlum olduğu kimi, artıq “Media haqqında” Qanun qüvvəyə minib. Qanunun tələblərinə uyğun hüquq-tənzimləmə mexanizmlərinin tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu prosesdə Mətbuat Şurasının da ictimai özünütənzimləmə mexanizmi kimi mövcud reallıqlara uyğunlaşdırıl­ması, hüquqi və özünütənzimləmə mexanizmlərinin bir-birini tamamla­ması, toplamda bütün tənzimləyici faktorların dövrün sürətlə dəyişən çağırışlarına adekvat cavab verməyi bacaran, çevik, dinamik və hadisələri önləməyi bacaran bir platforma üzərindən tətbiqi Azərbaycan me­diasının qarşısında dayanan vacib vəzifələrdən biridir.
 
Digər tərəfdən, bu və digər təsisatların, o cümlədən Mətbuat Şurası kimi önəmli bir qurumun qurultayı hər zaman gözləntilərlə müşayiət olunur, media resurslarının, jurnalistlərin fəaliyyətinə stimullaşdı­rıcı təsir göstərir, yeni bir mərhələnin başlandığının mesajını verir. Önəmli olan qarşıya qoyulan məqsədin medianın inkişafına, ölkəmizin və onun hər bir vətəndaşının informasiya təhlükəsizliyinə töhfə vermək xarakte­ri daşımasıdır.
 
Bütün bunlarla yanaşı, vacib bir məqamı da qeyd etmək istəyirəm: Ölkəmizdə həyata keçirilən islahatların təməl fəlsəfəsində milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə sədaqət, gələcəyə xalqımızın inkişaf perspektivləri və milli maraqlarımız müstəvisindən yanaşmaq prinsipləri dayanır. Azərbaycanın yerləşdiyi həssas bölgə və milli hədəflərimiz bizdən daim ayıq-sayıq olmağı, bizi ayaq üstə saxlayan, identikliyimizi müəyyənləşdirən və qoruyan, bir yumruğa çevirən dəyərlərə münasibətdə sədaqətli olmağı tələb edir. Nə qədər müasirləşsək, yeni dövrün çağırışlarına uyğunlaşsaq da, haradan gəldiyimizi və milli hədəflərimizin nələrdən ibarət olduğunu unutmamalıyıq.
 
Azərbaycan mediasının klassik ənənələrini yaşatmalı, tətbiqini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, dünyanın inkişaf dinamikasının içərisində yer almaqla azərbaycanlı, Azərbaycan milli mətbuatının varisləri kimi qalmalıyıq.
“Xalq qəzeti”
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Hamısı