Qardaş ölkənin televiziya məkanında çox qısa zaman kəsiyində böyük uğurlar qazanan “Haber Global”ın yaranmasının 4 ili tamam olur.
Ednews xəbər verir ki, “Haber Global” fəaliyyətə başladığı ilk gündən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.
Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.
“Haber Global” telekanalını 4 illiyi münasibətilə təbrik edir, fəaliyyətində daha böyük uğurlar diləyirik.