Məşhur reper vəfat etdi - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Məşhur reper vəfat etdi

Mədəniyyət A- A A+
Dünya şöhrətli amerikalı repçi Kulio (Coolio) vəfat edib.
 
Ednews "CNN"ə istinadən xəbər verir ki, 59 yaşlı musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb. Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.
 
İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.
 
Qeyd edək ki, ulduz “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...