Xəbər verdiyimiz kimi, gecə saatlarında bəstəkar-müğənni Rəhim Rəhimli ürəktutmasından evində dünyasını dəyişib.
Ednews xəbər verir ki, bu barədə sənətçinin prodüseri Həmzə Məmmədli bildirib.
Onun sözlərinə görə, mərhum bu gün saat 12:00-da Bülbülə qəbristanlığında torpağa tapşırılacaq.