“Anarın dünyada alternativi yoxdur” Yazarlar AYB-nin Qurultayından danışdı

Mədəniyyət 10:21 27.10.2022

Xəbər verdiyimiz kimi Xalq yazıçısı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Ednews Anarın yenidən AYB sədri seçilməsi ilə bağlı yazıçı və şairlərin fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Xalq şairi Sabir Rüstəmxanlı:

“Anar bəyi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram”.

Yazıçı Zahid Xəlil:

“Anarın yenidən AYB sədri olmasına mən də səs vermişəm. Belə güman edirəm ki, hazırda bu ən doğru seçimdir. Çünki o elə bir şəxsiyyətdir ki, bu təşkilatın yaşaması üçün minimum iqtisadi məsələləri həll etmək gücünə malikdir”.

Yazıçı Seyran Səxavət:

“Anarın yenidən AYB sədri olmağına münasibətim çox yaxşıdır. Ondan yaxşısı olsa ona səs verərdim. Məncə, Anarın alternativi yoxdur. Çünki, o, nüfuzlu adamadır. Böyük yazıçı, böyük insan, eyni zamanda böyük ziyalıdır. Yazıçılar Birliyi idman zalı deyil. Anara irad tuturlar ki, guya yaşlıdır. Elə cavanlar var ki, zehni yaşları 90-dır. Anarın zehni cavandır”.

Şair Rasim Qaraca:

“Anarın yenidən sədr olunmağına pis baxıram. Bu o deməkdir ki, ədəbiyyat prosesi yenə durğun halında qalacaq, əsərlər müzakirə olunmayacaq, ədəbi-tənqid yenə ədəbi-tərif olacaq, gənc yazarlar təqaüd almaqdan ötrü ikiüzlülük edəcəklər, ədəbiyyat festivalları keçirilməyəcək, mükafat sistemi yaranmayacaq, 2-ci dərəcəlilər, qrafomanlar önə çıxacaq, istedadlı gənclər dışlanacaq. Təkcə ədəbiyyatımız deyil, ümumən mədəniyyətimiz bataqlıq içərisindədir, sonu bilinməyən tənəzzül prosesi gedir. Ən acınacaqlısı, istedadlı gənc yazarların ədəbiyyat generallarına yaltaqlanmaq yolu tutmasıdır”.

Şair Aqşin Yenisey:

“Anarı təbrik edirəm. Əla xəbərdir. Fəaliyyətində uğurlar arzulayıram. Anar müəllimdən daha böyük nailiyyətlər gözləyirəm. Nəinki Azərbaycanda, dünyada Anar müəllimin alternativi yoxdur. Olmayıb, olmayacaq da”.

Yazar Günel Natiq:

“AYB üzvü kimi Anarın yenidən sədr seçilməyinə münasibətim müsbətdir. Anar mənim yeniyetməlik çağında həyata baxışımda rol oynamış əsərin müəllifidir. Bundan əlavə, Anar azarbaycanlı xarakterinin  özəyinə kimi bilən azsaylı yazıçılardandır. Düşünürəm ki, bizi olduğumuz kimi görən, azərbaycanlı ruhunu ədəbiyyatda ustalıqla yansıdan Anar müəllimin AYB sədrliyi mühitimizin söz adamlarına faydalı olmalıdır”.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı