Marvel Studiyasının istehsalı olan “Qara Pantera: Əbədi Vakanda” filmi bilet satış üzrə gəlirlərinə görə birinci olub.
Ednews xəbər verir ki, "Qara Pantera: Əbədi Vakanda" həftəsonu 67 milyon dollar qazanaraq, ikinci həftəsində də liderliyini qoruyub.
Rejissorluğunu Rayan Kuqlerin üzərinə götürdüyü ekran əsəri 180 milyon dollara ərsəyə gəlib. İndiyə qədər filmin bilet satışından 1,3 milyard dollardan çox gəlir əldə edilib.
Marveldəki rolundan şöhrət qazanan, xərçəng xəstəlikdən vəfat edən Chadwick Bosemanın ölümündən sonra çəkilən "Wakanda Forever" filminin baş rollarını Letitia Wright, Angela Bassett və Tenoch Huerta canlandırır.
Film satış üzrə dünya üzrə 546 milyon dollar toplayıb.
Qeyd edək ki, filmin dünya premyerası noyabrın 10-da baş tutub.
Rəna Mürşüd