Tanınmış şair Vaqif Bayatlı səhhəti ilə bağlı Türkiyənin İstanbul şəhərindədir.
Bu barədə Ednews-a şairin həyat yoldaşı Tamam Bayatlı məlumat verib.
“Bir həftədir ki, İstanbuldayıq. Vaqif həkimlərin nəzarətindədir. Yoxlanışlar, analizlər aparılır. Baxaq görək nəticələr necə olacaq. Vaqifin ovqatı elə də fərəhli deyil”.
Xatırladaq ki, şair uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.
Oğuz Ayvaz