HOST qrupunun keçmiş üzvü Orxan Zeynallı 6 illik fasilədən sonra Bakıda konsert verib. “Elektra Events Hall"un səhnəsinə çıxan ifaçı bir-birindən gözəl mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb.
Ednews xəbər verir ki, konsert biletlərinin 20 saat ərzində satılan Orxan Zeynallı bir ilkə də imza atıb. Belə ki, o, Azərbaycan ifaçılar arasında biletləri ən qısa müddətdə satılan bir müğənni kimi rekord vurub.
Qeyd edək ki, keçmiş HOST qrupunun AİD ləqəbli repçi Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. O, HOST-un tərkibində 5 il ərzində 100-lərlə musiqinin, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib.
Günel Həsənova